1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə40/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   36   37   38   39   40   41   42   43   ...   63
imtahan vavablari FC

Şərqi Asiya.

Şərqi Asiya təbii – coğrafi sahəsinə Xarici Asiyanın Sakit okeanla qonşu olan Çinin şərq və şimal- şərq hissəsi, Koreya yarımadası, Yapon adaları, Tayvan və Haynan adaları daxildir. Göstərilən ərazidə relyefin geoloji inkişaf tarixində müşahidə edilən oxşarlıq, morfostruktur ünsürlərin eyniliyi, musson iqimin hakimliyi, torpaq, bitki və heyvanlar aləminin zəngin və rəngarəng olması, onları bir təbii- coğrafi sahədə birləşdirməyə imkan verir. Şərqi Asiyanın materik daxilində yerləşən hissəsinin strukturunda qədim Çin platforması, hertsin və yanşan qırışıqları iştirak edir. Ərazinin müasir relyefində qədim peneplen səthləri, qırışıq- qayma dağlar, dağarası çökəkliklər və geniş sahəni tutan alluvial düzənliklər üstünlük təşkil edir.

Bilavasitə Sakit okeanın içərisində yerləşən ada qruplarına gəldikdə, materikdən fərqli olaraq, burada Sakit okean qırışıqlarının hündür və cavan dağları ilə yanaşı, vulkan və zəlzələ hadisələri də geniş yer tutur. Şərqi Asiyanın geosinklinal zonasında yerləşən bu adalar ümumiyyətlə Asiya qitəsinin ən fəal müasir vulkanizm və seysmik rayonlarından biri hesab olunur.

Hələ, üçüncü dövrün əvvəllərindən başlayaraq Şərqi Asiyada mülayim- isti və rütubətli iqlimin hakimliyi burada bitki örtüyünün zəngin və növcə rəngarəng olmasına şərait yaratmışdır. Dördüncü dövr buzlaşması zamanı Asiya qitəsinin şimal və şimal- şərq hissələrindən sıxışdırıılmış Arktika bitki növlərinin bəziləri Şərqi Asiyada özünə məskən tapmış və hazırda geniş yayılmışdır. Yuxarıda qeyd etdiyimiz ümumi oxşarlıqlarla yanaşı Şərqi Asiyanın müəyyən hissələrinin özünəməxsus fərqləndirici cəhətləri də vardır. Morfostruktur xüsusiyyəti, iqlimi, torpaq və bitkinin yayılmasında müşühidə edilən bu fərqləri nəzərə alaraq Şərqi Asiya: Cənub- şərqi Çin, Şiaml- şərqi Çin və Koreya yarımadası və Yapon adalarından ibarət üç müstəqil fiziki- coğrafi sahəyə ayrılır.




Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin