1 Qərbi Avropa


Geoloji quruluşu və inkişafının əsas mərhələləri



Yüklə 101,8 Kb.
səhifə43/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   39   40   41   42   43   44   45   46   ...   63
imtahan vavablari FC

12.2. Geoloji quruluşu və inkişafının əsas mərhələləri.

Afrika geoloji quruluşuna görə ilk baxışda çox sadə görünür.Şimal-qərb və cənub ucqar hissələri müstəsna olmaqla Afrika paleozoydan əvvəl platforma rejiminə keçmiş və sonrakı dövrlərdə onun ərazisində əsasən zəif rəqsi hərəkətlər baş vermişdir. Epiplatforma dənizlərində kontinental şəraitdə toplanmış cavan çöküntü süxur qatları qırışıqlıqda iştirak etməmiş, zəif qalxma və əyilmələrə məruz qalmışdır.

Afrikanın geoloji inkişafının ən əlamətdar cəhətlərindən biri onun qədim Qondvana materikinin mərkəzində yerləşməsi, şimal və şərq dağlıq sahəsi müstəsna olmaqla,qalan sahələrdə şaquli tektonik hərəkətlərin zəif baş verməsi ilə səciyyələnir. Yer qabığının qalınlığı geniş sahədə 38-40 km-dir

Materik ərazisinin üçdə birində qədim kristallik və metamorfik süxurlar yer səthinə çıxır. Qalan sahələrdə isə bu paleozoy,mezozoy və kaynozoyun o qədər də qalın olmayan kontinental və dəniz çöküntü süxur qatları və kaynozoyun vulkanik süxurları ilə örtülüdür.

Müxtəlif yaşlı kristallik süxurlar arasında qranit,qneys,kristallik şistlər,qumdaşı və s.-dən ibarət olan arxey və proterozoy çöküntüləri paleozoydan əvvəlki dövrdə müxtəlif qırışıqlıq mərhələləri keçirmişlər.

Proterozoyun axırında Cənubi Afrikada baş verən Katanqa qırışıqlığı yaş etibarı ilə Asiyanın Baykal qırışıqlığı ilə müqayisə edilir.

Paleozoy erasında materikin cənub və şimal hissələri müxtəlif yollarla inkişaf etmişdir. Cənubi Afrikada paleozoyda qalxma və denudasiya prosesləri ilə yanaşı,bəzi yerlər əyilməyə məruz qalmış və burada çox qalın (10 km-ə qədər) kontinental çöküntü kompleksi toplanmışdır.

Karbon dövründə Cənubi Afrikada bir neçə buzlaşma mərkəzi olmuşdur. Güman edilir ki,ekvatora yaxın sahələrdəki buzlaşma mərkəzlərində relyefin yüksəkliyi 3000 m və daha artıq olmuşdur

Cənubi Afrikanın kaynozoy çöküntüləri əsasən müasir relyefin alçaq sahələrində,o cümlədən burada ən böyük əyilmə sahəsi olan Kalaxaridə daha geniş yayılmaqla, kalaxari sistemi çöküntüləri adlanır (göl, allüvial, eol və su mənşəli kontinental çöküntülərdir). Cənubi Afrikada üst paleozoy və mezozoyun dəniz çöküntülərinə materikin kənarlarında ensiz zolaq şəklində rast gəlinir.

Şimali Afrikada platformanın kristallik süxurları (ərazinin 2/3 və daha çox hissəsində) paleozoy və mezokaynozoyun kontinantal və dəniz çöküntüləri ilə örtülüdür. Paleozoy çöküntüləri (devon, karbon dövrləri) Tunduf sineklizinin şimal kənarında geniş sahə tutur. Bunlar kuest tirələri və maili səthli yaylalar əmələ gətirmişdir. Silur və devon dövrü çöküntüləri həmçinin Syerra-Leone qalxanından şimalda və Volta sineklizində yayılmışdır. Çox yerdə, xüsusilə Şimali Qvineya yaylasında paleozoy çöküntüləri qumdaşı qatlarından ibarətdir.

Böyük Səhra tavasında mezozoyda baş verən əyilmə nəticəsində yura və xüsusilə təbaşir dövründə geniş dəniz transqressiyası olmuşdur.

Afrika materiki tektonikasının ən başlıca xüsusiyyəti onun proterozoyun axırlarından başlamış platforma rejiminə keçməsidir. Afrika yer səthinin ən qədim sabit platformalarından biridir. Geosinklinal sahələr onun yalnız şimal və cənub kənarlarında yerləşən Atlas və Kap vilayətlərini əhatə edir.

Afrikanın başlıca tektonik strukturları böyük sahə tutmaqla, əksərən dairəvi və ya oval formalı anteklizlər və sineklizlərdir. Böyük Səhra və Sudanda qərbdən şərqə Regibat, Ahaqqar, Tibesti və Nubiya-Ərəbistan anteklizləri (qalxanları), Seneqal, Tunduf, Çad sineklizləri, bundan cənubda Syerra-Leone qalxanı, Ços massivi, Kamerun və Azande qalxanları yerləşir. Bu sırada cənub-qərb - şimal-şərq istiqamətli əyilmələr sahəsi (sinekliz və qrabenlər) Volta və Benue çayları üzrə uzanır.

Mərkəzi Afrikanın ən böyük tektonik strukturu Konqo sineklizidir. Dairəvi formalı sinekliz hər tərəfdən qalxanlarla əhatələnir. Materikin cənub hissəsini Kalaxari sineklizi,onun kənar qalxanları və Karru sineklizi təşkil edir.




Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin