13.2. Çayları və gölləri.
Afrika ərazisi çay şəbəkə sıxlığının paylanması və səth axımının xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən sahələrdən ibarətdir. Təbii şəraitin başqa komponentlərində olduğu kimi, səth sularının materik ərazisində paylanmasında da coğrafi zonallıq qanunu çox aydın nəzərə çarpır. Çay şəbəkəsinin sıxlığı və çayların sululuğu səth axımının həcmindən asılıdır. Səth axımının böyüklüyü isə yağıntıların miqdarından, buxarlanmadan,səthin meyilliyi dərəcəsindən, süxurların litologiyasından, torpaq və bitki örtüyündən asılıdır. İл ərzində çox yağıntı alan ekvator qurşağında çay şəbəkəsi daha sıx, çaylar isə çox suludur. Konqo hövzəsinin böyük hissəsində bu rəqəm 400-600 mm-ə qədərdir Ekvator qurşağından şimala və cənuba tərəf axım layının qalınlığı azalır. Subekvator qurşağında 200-400 mm, Şərqi Afrika yaylalarının az yağıntılı sahələrində 100-200 mm-ə qədər, tropiklərdə isə 50 mm-dən azdır. Qitənin şimal və cənub ucqarında səth axımının 200 mm-ə qədər artması müşahidə edilir.
Beləliklə,Afrikada çay şəbəkəsi ekvator və ekvatoryanı qurşaqlarda daha sıxdır. Qitənin ən böyük çaylarından Nil, Konqo, Niger, Zambezi əsas su ehtiyatını bu qurşaqlardan alır. Axım layının qalınlığı 50 mm-dən az olan tropiklərdə daimi axarlı çaylar yoxdur (tranzit çaylar müstəsnalıq təşkil edir). Axım layı yenidən bir qədər artan subtropik zonalarda kiçik çaylar vardır. Bunların çoxu isti və quraq yay aylarında quruyur.
Afrikanın səth axarı Atlantik və Hind okeanlarına, Aralıq dənizinə və daxili hövzəyə aiddir. Atlantik okeanı hövzəsinə materik ərazisinin 36.05%-i, Hind okeanına 18.28%-i, Aralıq dənizinə 14.88%-i aiddir. Daxili hövzə ərazinin 1/3 hissəsini tutur (9 mln. km²).
Afrikanın müasir çay sistemi cavandır
Afrikanın səhralarında bir çox quru dərə sisteminin mövcudluğu keçmişdə tropik qurşaqların daha çox rütubət alması və burada daimi yaxud dövrü axarlı çayların olduğu haqda fikir söyləməyə imkan verir. Quru dərələrin bir çoxu Ahaqqar massivindən başlanıb, ətraf səhralarda qurtarır. Müəyyən edilmişdir ki, keçmişdə öz sularını okeana çatdıran bəzi çayların dərələrini qumlar basmışdır.Quru dərələrdən bəzilərinin uzunluğu 1000-1500 km-ə çatır. Atlas dağlarının cənub yamaclarından başlanan Saura dərəsi (vadisi) Tuat çökəyinə qədər uzanır. Yaxud Ahaqqar massivinin cənub yamacında yerləşən çox şaxəli quru dərələr birləşərək Azavan vadisini yaradır. Bu keçmişdə Niger çayının böyük qollarından biri idi.
Kalxaridə də bir çox quru dərə sisteminə rast gəlmək mümkündür. Bunların çoxu okeana axarı olan keçmiş çay dərələridir.
Hazırda materik ərazisinin 35%-dən çoxunda yağıntıların miqdarı o qədər azdır ki, daimi, hətta az-çox davam edən müvəqqəti axarlı çaylar belə əmələ gələ bilmir. Bununla belə, Afrikanın ekvator və subekvator qurşağında yaranan nəhəng çayların bir neçəsi dünya çayları arasında görkəmli yer tutur. Nil uzunluğuna görə birinci, Konqo isə sululuğuna görə ikinci yerdə durur. Afrikanın 4 çayı isə dünyanın böyük çayları sırasına daxildir.
Afrika çaylarının illik su rejimi onların qidalanması ilə sıx bağlıdır. Çaylar yağış suları hesabına qidalanır. Qar suları olduqca az sahədə kiçik çayların qidalanmasında müəyyən rol oynayır. (Atlas dağlarında, cənub kənar dağlarında, Kilimancaro, Keniya, Elqon və s. dağlarda).
Çaylar yağış suları ilə qidalandığından, yağıntılı fəsildə onlar olduqca çox su aparır, quraq dövrdə isə lap dayazlaşırlar.
Nil uzunluğuna görə dünyada birinci, sutoplayıcı hövzəsinin sahəsinə görə beşinci yeri tutur. Nil öz mənbəyini ekvatorial Şərqi Afrikadan götürür. Bu nəhəng çayın mənbəyini Stenli (1875-ci ildə) kəşf etmişdir. O müəyyən etmişdir ki, Nilin başlanğıcını Viktoriya gölünə tökülən Kaqera çayı təşkil edir. Son zamanlar Nil çayının mənbəyinin başqa kiçik çay olması faktı irəli sürülmüşdür. Bu variantda Nilin uzunluğu 170 km artıq olmaqla 6841 km-ə çatır.
Nil çayı üzərində suvarma məqsədi ilə kiçik hidrotexniki qurğular hələ eramızdan çox əvvəl tikilmişdir. Son iki əsrdə bu çay üzərində bir neçə bənd inşa edilmişdir. Bunlardan ən böyüyü SSRİ-nin bilavasitə köməyi ilə tikilmiş yüksək Asuan bəndidir.
Zair sululuğuna görə yalnız Amazon çayından geridə qalır. Konqo çökəyinə meyli olan geniş ekvator və subekvator qurşaqlarının səth suları bu çaya axır.Zair hövzəsində çay şəbəkəsi sıx, çaylar (hətta kiçik çaylar belə) çox suludurlar.
Çayın başlanğıcı Luapula çayının sağ qolu Zambezidir. Çay Zair adını yalnız Mveru kölündən çıxan Luvua və Lualaba çayları birləşdikdən sonra alır. O, iki dəfə ekvatoru kəsir Çay sağdan və soldan (yəni şimal və cənub subekvator qurşaqlarından) bir çox qol qəbul edir.
Zair çayı və qolları üzərində bir çox astana və şəlalələr vardır.Onun yatağı okean dibində 2000 m dərinliyə qədər davam edir və bu çay okeana o qədər su gətirir ki, böyük məsafədə okean suyunun rəngini dəyişir və şirinləşdirir.
Niger öz mənbəyini subekvator qurşağında bol yağıntılı yüksəkliklərdən (Leone-Liberiya massivindən) götürüb, böyük məsafədə şimal-şərqə, Böyük Səhraya tərəf axır və 16-17 şimal enliklərində öz istiqamətini dəyişib, şərqə, sonra isə cənub-şərqə axır. Öz yolunda Niger böyük bir yarımdairə cızır və dənizə töküldüyü yerdə sahəsi 25 min kv.km-dən çox olan delta yaradır. Niger öz yuxarı və aşağı axarında çox suludur.
Gölləri.
Afrikada müxtəlif mənşəli göllər vardır. Ən böyük göllər tektonik çökəklərdə yerləşir.Səhra və semiarid vilayətlərin çökəklərində relikt göllər,yaxud onların qurumuş çalaları qalmaqdadır.Vulkanik ərazilərdə vulkan gölləri vardır.Qvineya körfəzinin şimal sahilində isə laqunalara rast gəlmək mümkündür.
Neogendən əvvəl Afrikada çox böyük relikt göllər olmuşdur.Çad və Konqo çökəyinin geniş bir hissəsini tutan göllərin bir qismi iqlimin aridləşməsi nəticəsində ya tamamilə qurumuş, yaxud dayaz və kiçik göllərə çevrilmişdir (Çad,Əl-Cuf, Kattara, Atlas və Tunis Şottları, Makarikari, Nqami ). İqlimin tərəddüdü ilə əlaqədar olaraq Şərqi Afrika yaylası göllərinin də səviyyəsi xeyli aşağı düşmüşdür, onlardan bək çökəklərin az bir hissəsini tutur (Rudolf,Rukva və s.).
Afrika göllərinin əksəriyyəti şərqi Afrika qrabenləri zonasında yerləşir.Burada sahəsinə görə ən böyük göl Viktoriya,dərinliyinə görə isə Tanqanikadır.Bu göl Baykal gölündən sonra dərinliyinə görə dünya gölləri arasında ikinci yerdə durur.
Vulkan-bənd göllərindən ən böyüyü Həbəşistan yaylasındakı Tana gölüdür.Göllər şərqi Afrika landşaftının ən görkəmli elementlərindən biridir.Şirin sulu olduğundan yerli əhali qədimlərdən bu göllərin sahilində məskən salmışdır.Səhra gölləri və axarsız göllərdən Rudolf gölünün suyu duzludur.Çad gölündən Bedele çökəyinə olan yeraltı axar onun suyunu şirin saxlayır.
Dostları ilə paylaş: |