15.2. Şərqi Afrika (Həbəşistan, Somali və Şərqi Afrika yaylası)
Afrikanın digər təbii-coğrafi sahələrindən fərqli olaraq Şərqi Afrika ümumiyyətlə qitənin ən hündür və tektonik qırılmalarla haşiyələnmiş hissəsini əhatə edir. Digər tərəfdən Şərqi Afrika seysmik aktivliyi və müasir vulkanizmi ilə də seçilir. Şimal və cənub yarımkürələrin passat küləklərinin təsirinə məruz qalan bu təbii hissə iqlimi ilə də başqa sahələrdən ayrılır. İqlim və morfostruktur xüsusiyyətinə görə Şərqi Afrika təbii- coğrafi hissəsi Həbəşistan və Somali yaylası və Şərqi Afrika yaylasından ibarət iki fiziki- coğrafi sahəyə bölünür.