Həbəşistan və Somali yaylası
Afrika qitəsinin şərqində materikin qədim kristallik əsası başqa sahələrə nisbətən xeyli yüksək iki böyük dairəvi tağvarı qalxan sahəsi yaradır. Rudolf gölü sahəsindən keçən eninə əyilmə bu qalxanların bir- birindən ayırır. Ondan şimalda Həbəşistan və Somali tağvarı qalxanı, cənubda isə Şərqi Afrika tağvarı qalxanı yerləşir.
Həbəşistan və Somali böyük morfostruktur element kimi qitənin başqa fiziki coğrafi sahələrindən aydın seçilir. O, şimal- şərqdə Qırmızı dəniz, Bab-əl-məndəb boğazı və Ədən körfəzi ilə Ərəbistan yarımadasından ayrılır, şərq və cənub- şərqdə Hind okeanı suları ilə əhatələnir. Qərbdə sərhəd Həbəşistan yaylasının dik qərb ətəyi ilə, cənubda isə Əkəbə çayı dərəsindən Rudolf gölünün şimalına, oradan Tana çayı ( Keniyada ) mənsəbinə qədər uzanır. Həbəşistan və Somalinin ümumi sahəsi 2 mln. km2-dən artıqdır.
Həbəşistan və Somalidə təbaşir dövrünün axırlarından etibarən gərgin tektonik hərəkətlər başlanır. Ərazi ümumi qalxmaya məruz qalır. Onun indiki Afar səhrası, Danagil horstu, Qırmızı dəniz və Ədən körfəzi sahələrində yerləşən mərkəzi hissəsi daha çox qalxır.
Dostları ilə paylaş: |