1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə53/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   49   50   51   52   53   54   55   56   ...   63
imtahan vavablari FC

14.3. Böyük Səhra.

Böyük Səhra Afrikanın və dünyanın ən böyük səhrasıdır. Sahəsi 8,7 mln km2- dir. Şimal sərhədi Atlas dağlarının cənub ətəyi və Aralıq dənizinin cənub sahili ilə keçir. Qərbdə Atlantik okeanı, şərqdə Qırmızı dəniz və Süveyş kanalı ilə əhatələnir. Cənub sərhədi bir qədər şərti keçirilir. Bu sərhəd daima fəsli yağıntı alan Şimali Sudan kollu quru- çöl və yarımsəhranın şimal sərhədi üzrə aparılır ( qərbdə 17 – 180, şərqdə isə 15 – 160 şiaml eni ilə). Beləliklə, Böyük Səhra qərbdən şərqə 6 min km, şimaldan cənuba 2 min km uzanır.

Böyük Səhra landşaftı kosmik və planetar amillərin təsiri altında yaranmışdır. Böyük Səhra demək olar ki, tamamilə passat sirkulyasiyası zonasında yerləşir. Səhra landşaftının yaranmasının ən başlıca səbəbi iqlimin çox quru olmasıdır.

Böyük Səhra morfostruktur cəhətdən bir- birindən fərqlənən aşağıdakı vilayətlərə bölünür: 1. Böyük Səhranın qərb və şimal- qərbi. Bu vilayət Atlantik sahili, Əl- Cof,Timerin- Tənəzrüft və Əlcəzair səhrası yarımvilayətlərinə bölünür. 2. Mərkəzi yaylalar vilayəti- Ahaqqar ( bura Muydir, Təsili- Həcər yaylaları da daxil edilir), Adrar, Air, Tibesti yarımvilayətlərindən ibarətdir. 3.Tripolitaniya yaylaları ( Hammada və Eqrlər yarımvilayətləri ). 4. Liviya səhrası. 5. Aralıq dənizi sahili yüksəklikləri və çökəkləri vilayəti. 6. Şimali Çad səhrası ( Azvak, Tehere, Kavar, Barku qumlu səhraları, Bodele çökəyi yarımvilayəti). 7. Ərəbistan və Nubiyə səhrası vilayəti ( intrazonal Nil vadisi və Nil deltası bunun daxilində sərbəst yarımvilayət kimi götürülə bilər ).


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin