1 Qərbi Avropa


Cənubi Afrika (Madaqaskar adası)



Yüklə 101,8 Kb.
səhifə61/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   55   56   57   58   59   60   61   62   63
imtahan vavablari FC

15.3. Cənubi Afrika (Madaqaskar adası)

Cənubi Afrika Cənubi Afrika yaylası və Madaqaskar adasını əhatə edərək iki fiziki- coğrafi sahəyə bölünür.



Cənubi Afrika yaylası

Cənubi Afrika sahilləri qərbdə Atlantik, şərqdə və cənub- şərqdə Hind okeanı suları ilə əhatələnir.Şimal sərhəd bir qədər şərti olub. Zambezi çayının aşağı axını üzrə dəniz sahilindən şimal- qərbdə Micunqa dağlarının cənub kənarına, oradan Katanqa və Lunda yaylalarının cənub kənarı ilə qərbə və cənub- qərbə uzanaraq Kunene çayının yuxarılarından keçib Mosamediş şəhəri yaxınlığında Atlantik okeanı sahilinə çıxır. Bu sərhdələr daxilində Cənubi Afrikanın sahəsi 3 mln. km2-ə yaxındır.

Cənubi Afrika morfostruktur xüsusiyyətlərinə görə daxili çökəklərə, kənar yayla və massivlərə, Böyük pilləyə və sahil ovalığına ayrılır. Daxili hissə geniş Kalaxari çökəyindən ibarətdir. Kalaxari çökəyi sahəsində kristallik əsas və onun qədim çöküntü süxurları çökmüş və səthi kaynozoyun kontinental ( eol, göl, alluvial və s. ) çöküntülərindən ibarətdir. Kalaxarinin mərkəzi çökəkləri dəniz səviyyəsindən 900- 1000 m yüksəkdədir. Ən çökək sahə Zambezi çayının yaxınlarından Narıncı çayının orta axınına qədər uzanır ( burada yüksəklik 800 m-ə qədər azalır ). Kalaxarinin mərkəzi hissəsi qumlu, gilli səhralardan ibarətdir.

Cənubi Afrikada Qondvananın kontinental çöküntüləri geniş yayılmışdır ( Karru çöküntüləri ).

İstər yayda, istərsə də qışda Cənubi Afrikaya cənub- şərqdən gələn güclü, rütubətli dəniz hava kütlələri əsasən dağların cənub- şərq və şərq yamaclarına rütubət gətirir, daxili vilayətlərdə isə ( Kalaxariyə ) havalar quru hala gəlir

Cənubi Afrikada yağıntılar qeyri- bərabər paylanmışdır. Qərb sahil və daxili rayonlar az yağıntı alır. Bu sahə yağıntıların azlığına görə yalnız Böyük Səhranın şərq hissələri ilə (müqayisə edilə bilər. Lakin burada ensiz sahil zonasında dumanlı günlər çoxdur. Kalaxarinin şimal və şimal- şərqində illik yağıntılar 400- 700 mm, cənub- qərbində isə cəmi 150- 250 mm-ə qədərdir. Kalaxaridən cənub- şərq yaylalara tərəf yağıntıların miqdarı tədricən artır ( 450- 500 mm ).Şərq yamacda Və Hind okeanı sahillərində 800- 1000 mm, Kap vilayətində isə 400- 600 ( 615 mm) mm yağıntı düşür. Kap vilayətindəki çökəklərdə, xüsusilə sahildən tirələrə ayrılan Karru yaylasında yağıntıların miqdarı yenidən azalır ( 200 – 300 mm ).

Kap vilayəti, yağıntılarının il ərzində paylanması rejiminə görə Aralıq dənizi subtropik vilayətini xatırladır. Burada qış ayları daha yağıntılıdır

Çayların əksəriyyəti Hind okeanı hövzəsinə aiddir ( Zambezi, Lompopo, Sabi, Əjdaha dağlarının şərq və cənub- şərq yamacı çayları ). Atlantik okeanına şimalda Kunene, cənubda Narıncı və Olifantes çayları tökülür Cənubi Afrika çayları yayda çox sulu olur. Yalnız Kap vilayəti çaylarının rejimi Aralıq dənizi çaylarının rejiminə uyğundur, yəni qışda daşırlar. Çaylar astanalı olduğundan nəqliyyat əhəmiyyəti azdır. Böyük çayların hidroenerji ehtiyatı çoxdur. Zambezi üzərində bir çox astana və şəlalələr vardır. Bunlardan ən məşhuru Viktoriya şəlaləsi ( hündürlüyü 170 m ), Nqambve, Qanye şəlalələri və Kevrabasa astanalarıdır. Zambezi çayı üzərində böyük, Kariba su hövzəsi yaradılmışdır.

Cənubi Afrikanın geniş sahəsi üçün arid və semiarid iqlim şəraitində inkişaf etmiş tropik və subtropik səhra torpaqları xarakterikdir.

Cənubi Afrika yaylasında morfostruktur və landşaft xüsusiyyətlərinə görə aşağıdakı vilayətləri ayırmaq mümkündür: 1. Kalaxari. 2. Cənub- qərbi Afrika yaylası. 3. Cənubi Rodeziya yaylası. 4. Veld və Bazutolend yaylası. 5. Böyük Pillə. 6. Mozambik ovalığı. 7. Yuxarı Karru yaylası. 8. Kap vilayəti.


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin