Mərkəzi Afrika qrabenlər sistemində ən tipik və ən böyük qraben Tanqanika gölü çökəyidir. Bunun göl səviyyəsindən maksimal dərinliyi 1435 m, kənar horst dağların yalından dərinliyi isə 3000- 3500 m-dir ( 4000 m-ə qədər ). Şərqi Afrika qrabenləri sistemi Həbəşistan qrabeninin cənub davamını təşkil edir.
Şərqi Afrikanın iqlimi iqlimi onun ekvatorial, subekvatorial və tropik qurşaqda yerləşməsindən ərazidə hipsometrik amplitudun böyüklüyündən, nəhayət rütubət gətirən hava kütlələrinin istiqamətinən və rejimindən asılı olaraq xeyli dəyişkəndir.
Şərqi Afrikada yağıntılar qeyri- bərabər paylanmışdır. Mərkəzi qrabenlər sistemini qərbdən əhatə edən dağların qərb yamaclarında yağıntıların ( Ruvenzoridə ) illik miqdarı 2000 mm-dən çoxdur. Yaylanın geniş daxili hissələrində və sahil rayonlarında 800- 900 mm ( Zənzibarda 1486 mm ), şərq yamacda isə 1100- 1200 mm yağıntı düşür.
Şərqi Afrikanın bitki örtüyündə tropik savannalar əsas yer tutur. Burada yüksək otlu, seyrək ağaclı savannadan tutmuş, kollu savannaya və tropik çöllərə qədər müxtəlif bitki formasiyasına rast gəlmək mümkündür. Şərqi Afrika yaylası savannalarında akasiyaların ( o cümlədən zürafə akasiyası, baobab ) və sukkulentlərin bir çox növü yayılmışdır
Şərqi Afrikada fil, kərgədan, antiloplar, begemot sürüləri, sürünənlər, çaylarda və gölərdə timsah və s. heyvanlar yaşayır.
Şərqi Afrika fiziki- coğrafi xüsusiyyətlərinə görə aşağıdakı vilayətlərə ayrılır:
1) Qərb qrabenlər zonası və kənar dağları, 2) Mərkəzi yayla, 3) Nyasalend yaylası, 4) Keniyanın vulkanik yaylaları, 5) Sahil ovalığı yüksəklikləri vilayətləri.
Dostları ilə paylaş: |