1 Qərbi Avropa


Mərkəzi Afrika (Konqo çökəyi və kənar yüksəkliklər)



Yüklə 101,8 Kb.
səhifə55/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   51   52   53   54   55   56   57   58   ...   63
imtahan vavablari FC

15.1. Mərkəzi Afrika (Konqo çökəyi və kənar yüksəkliklər).

Konqo çökəyi və onu əhatə edən yüksəkliklər ekvatorial Afrikada ən böyük fiziki-coğrafi sahədir. Bu ərazinin çox geniş hissəsi Konqo çayı hövzəsinin sutoplayıcı sahəsidir. Yalnız Cənubi Qvineyayüksəkliyinin qərb yamacından Kamerun, Adamaya, Azande ( Ubanqi və Şari çayları suayırıcısı belə adlanır ) yaylalarının şimal yamacından axan çaylar bu hövzəyə aid deyildir.

Konqo çökəyinin diametri 1000 km, sahəsi isə 3 mln. km2-ə yaxındır. Kənar yüksəkliklərlə birlikdə sahəsi daha böyükdür.

Konqo çökəyi, ərazinin ən böyük morfostrukturudur. O qərbdən Cənubi Qvineya yüksəkliyi, cənubdan Lunda ( Anqoladadır ), Katanqa yayalaları ilə, şərqdən Şərqi Afrikanın horst və vulkanik dağları ilə ( Tanqanika gölündən Konqo hövzəsinə axar olmasına baxmayaraq, o ətraf dağlarla birlikdə şərqi Afrikaya aid edilir), şimalda Azande yaylası ( Ubanqi, Şari suayırıcısı ) ilə əhatələnir. Şimal- qərbdə yerləşən Kamerun və Adamaya bu oroqrafik kompleksdə olmasa da başqa təbii xüsusiyyətlərinə görə əsasən, ekvatorial Afrikaya aid edilir.

Konqo çökəyinin orta hissəsində yüksəklik 300 – 400 m-dir.

Konqo çökəyini cənubdan əhatə edən Lunda və Katanqa yaylaları kembridən əvvəlki dövrlərin kristallik və metamorfik süxurları üzərində yaranmış, qədim hamar peneplendir. Burada qalıq dağlar və kristallik süxurlarla yaranmış tektonik əyriliklər zəif morfoloji effekt yaradır. Katanqa yaylasında qədim peneplen dizyunktiv tektonikaya daha çox məruz qalmış və burada horstlar, qrabenlər yaranmışdır. Şərqdə cənub- qərb – şimal- şərq istiqamətli dağlar və çökəklər yerləşir. Dağların ən böyüyü Mitumba dağlarıdır ( bir neçə horst masivlərdən ibarətdir, mütləq yüksəkliyi 1889 m ). Bundan şərqdə Kundelunqu horst yaylası ( 1717 m ), cənub- şərqdə Luapula yaylası yerləşir (1200 – 1500 m). Qrabenlərin əksəriyyəti dibində göl olan çökəklərdir. Çökəklər sistemi şimal- qərbdə Upemba ( yaxud Yuxarı Lualaba ) çökəyi ilə başlayır. Burada bir çox xırda göllər və bataqlıqlar vardır. Mitumba və Kundelunqu horstları arasında Yuxarı Lufira çökəyi, şərqdə isə daha böyük morfoloji effekti olan Mveru çökəyi yerləşir ( mütləq yüksəkliyi 931 m ). Bundan şərqə uzanan ensiz çökəklik Tanqanika gölünün Kamerun buxtasına çıxır. Şübhəsiz Tanqanika gölünün səviyyəsi çox yüksək olduqda ( pleystosendə ) o Mveru gölü ilə birləşmişdir. Katanqa yaylasının bu hissəsi faydalı qazıntılarla olduqca zəngindir ( manqan filizi, mis, sink, kobalt,uran və s. ).



Azande yaylası hündürlüyü 600- 1000 m ( şimalda 1400 m-ə qədər ) olan geniş peneplendir. Uele, Ubanqi çayları və onların qolları ilə kəsilmişdir. Kamerun, hündürlüyü 2679 m-ə çatan dağlıq yayladır.

Konqo çökəyi və kənar yüksəkliklər rütubətli ekvatorial iqlimə malikdir. Ekvatorial zonada il boyu alçaq təzyiq hakimdir. Şimal yarımkürəsinin qışında buraya şimal- şərq passatları vasitəi ilə, cənub yarımkürəsinin qışında isə cənub- şərq passatları vasitəi ilə tropik hava kütləsi daxil olur.

İl ərzində Konqo hövzəsində orta temperatur 24- 260 arasında dəyişir Konqo çökəyi və kənar yaylalar Afrikada bol yağıntı alan ən geniş ərazidir. Burada yağıntıların illik miqdarı 1500- 2000 mm-ə çatır.

Konqo çökəyi və onu əhatə edən yüksəkliklərin çox hissəsinin suları Konqo çayında toplanır. Sərbəst halda okeana tökülən çayları Oqove, Nyanqa və Kvanzadır. Konqo il boyu çox suludur.

Konqo çökəyi və Qvineya sahili ( cənubu müstəsna olmaqla ) həmişəyaşıl rütubətli ekvatorial qileylərlə örtülüdür. Ekvatorial qileylərdə ən geniş yayılmış ağaclardan fikuslar, çörək ağacı, küstüm, iri meyvəli oflakarpium, terminalia, çox qiymətli gövdəsi ( oduncağı ) olan sarı ağac, səndəl, kola, eben, yağ palmasını, rotanq, kauçuk verən landofilya, epifitlərdən müxtəlif fikuslar, səhləb çiçəkləri, aroidlər, ayıdöşəyilər, mamırlar və s. geniş yayılmışdır.

Konqo çökəyində meşələrin inkişaf şəraiti eyni deyildir. Çökəyin daşqın suları ilə örtülən ən alçaq və hamar sahəsində tropik bataqlıqlar geniş yayılmışdır. Həmişə sulu olan dərin bataqlıqlarda ağac bitkiləri olmur

3- 40 cənub enləri ( şimalda 40 – 50 şm.e. ) arasında park meşələri yayılmışdır.

Konqo çökəyi və onu əhatə edən yaylalar aşağıdakı fiziki- coğrafi vilayətlərə bölünür: 1. Konqo çökəyi. 2. Kamerun və Cənubi Qvineya yüksəkliyi ( sahil ovalığı ilə birlikdə ). 3. Lunda və Katanqa yaylaları. 4. Azande yaylası.




Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin