14.4. Sudan yaylası və Şimali Qvineya.
Böyük Səhradan cənubda yerləşən bu fiziki- coğrafi sahə qərbdə Atlantik okeanı sahilindən şərqdə Həbəşistan yaylasının qərb ətəklərinə qədər uzanır. Onun şimal və cənub sərhədləri çox yerdə morfostruktur sərhədlərə uyğun gəlmir, əksinə, o çox yerdə vahid morfostrukturları kəsib keçir. Beləliklə Sudan- Qvineya fiziki- coğrafi sahəsinin şimal və cənub sərhədləri əsasən landşaft əlamətlərinə, xüsusilə yağıntıların paylanmasına görə keçirilir. Əlbəttə, bu şərtlərə əsasən keçirilən sərhədi təbiətdə düzgün təyin etmək çox çətindir. Sudandan Səhraya və ekvatorial landşafta keçid tədricidir.
Sudan – Qvineya ərazisinin yuxarıda göstərilən qısa kompleks səciyyəsi onu aşağıdakı fiziki- coğrafi vilayətlərə bölməyə imkan verir. Qərbi Sudan, Mərkəzi Sudan, Şərqi Sudan və Şimali Qvineya.
Dostları ilə paylaş: |