1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə52/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   48   49   50   51   52   53   54   55   ...   63
imtahan vavablari FC

14.2. Atlas dağları.

Atlas dağları Afrikanın şimal- qərbində yerləşir. Qərbdə Atlantik okeanı, şimalda və şərqdə Aralıq dənizi, cənubda isə Böyük Səhra ilə əhatə olunur. Böyük Səhra ilə sərhəd Şott çökəkliyinin şimal kənarı, Səhra Atlasının cənub ətəyi, qərbdə Draa vadisi və Antiatlasın cənub ətəyi üzrə keçir. Sahəsi 925 min km2- dir.

Atlas dağlarını qərbdən və şimaldan əhatə edən dənizin qitə dayazlığı sahəsi çox ensizdir. Atlas dağları Aralıq dənizi subtropik qurşağında yerləşir və hər iki qurşağın təbiətinə xas olan əlamətləri daşıyır. Öz təbii şəraitinə görə Atlas dağları Pireney yarımadasını çox xatırladır.

Atlas dağları sahəsi böyük məsafədə qərbdən şərqə və şimaldan cənuba uzanmaqla, mürəkkəb oroqrafik quruluşa və rəngarəng landşaftlara malikdir. Onun böyük hissələri bir- birindən fiziki- coğrafi landşaftın xarakterinə görə xeyli ( bəzən çox kəskin ) fərqlənir. Buna görə bu böyük təbii sahə aşağıdakı fiziki- coğrafi vilayətlərə ayrılır: 1) şimal kənar dağlar vilayəti, 2) yüksək Şott yaylası ( Oran- Əlcəzair Mesetası ), 3) Səhra Atlası, 4) Tunis dağları və düzənlikləri, 5) Mərakeş Mesetası və Sebu ovalığı, 6) Cənubi Mərakeş dağlıq sahəsi.


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin