1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə49/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   45   46   47   48   49   50   51   52   ...   63
imtahan vavablari FC

13.3. Torpaq və bitki örtüyü.
Afrikada torpaq və bitki örtüyünün yayılmasında enlik coğrafi zonallıq qanunu özünü başqa materiklərdə olduğundan daha aydın göstərir.Bunun başlıca səbəbləri materikin ərazisinin şimal və cənub yarımkürələrdə bərabər paylanması və əksərən düzənlik və yaylalardan ibarət olmasıdır. Ekvatorial torpaq və bitki zonalarından subtropik qurşaqlara qədər coğrafi zonalar hər iki yarım- kürədə inkişaf etməklə, qoşa zonallıq əmələ gətirir.Enlik coğrafi zonallıqla yanaşı torpaq və bitkilərin yayılmasında yüksəkliyə görə zonallıq da müşahidə edilir.Bu şaquli zonallıq xüsusilə daha yüksək Şərqi Afrikada,Həbəşistan yaylasında və vulkanik dağlarda,həmçinin Atlas,Kap və Əjdaha dağlarında daha aydın görünür.


Afrikanın bitki örtüyü paleotropik,qolarktika və Kap vilayətlərinə daxildir.Burada olan 40000-dən artıq bitki növünün çox hissəsi paleotropik vilayətdədir.Afrikada 9000-ə qədər endemik bitki növü vardır.

Afrikada isti sevən bitkilərin yetişməsi üçün çox əlverişli şərait mövcuddur.Lakin rütubətin qeyri-bərabər paylanmasından burada çox sıx rütubətli ekvatorial meşələr və seyrək ağaclı,sıx və hündür otlu savannalarla yanaşı,bitkisi olduqca kasıb olan,yaxud tamamilə bitkisiz ərazilər də vardır.Beləliklə,Afrikada bitki örtüyünün yayılmasında yalnız istiliyin bolluğu kifayət deyildir.Rütubət bolluğu üzvi aləmin xarakteri və sıxlığını müəyyən edən ən başlıca təbii amildir.

Afrikada tropik,ekvatorial və subtropik qurşaqlarda zonal torpaqlar daha geniş ərazilərdə yayılmışdır.Bununla yanaşı dağlıq sahə torpaqları və düzənliklərin intrazonal torpaqları da xeyli sahə tutur.

Ekvatorial zonada və Şimali Qvineya yüksəkliyində daima rütubətli tropik meşələr altında qırmızı-sarı laterit torpaqlar inkişaf etmişdir.
Ekvatorial zonanın bitki örtüyü çox zəngindir. (Konqo hövzəsində 4 dərəcə şm.e. ilə 5 dərəcə c.e. arasında,Qvineya körfəzinin şimal sahilində 8 dərəcə şm.e.qədər)-3000-dən artıq ağac növü vardır.Meşələr mərtəbəlidir.Meşələrin içərisi çox qaranlıq olduğundan ot bitkisi yox dərəcəsindədir.
Savanna torpaqları və bitkiləri zonası rütubətli meşələr zonasını şimaldan və cənubdan,dağ savannaları isə şərqdən əhatə edir. Qvineya və Sudanda savannalar Atlantik okeanının sahillərindən yuxarı Nil çökəyi bataqlıqlarına qədər uzanır və öz növbəsində səhralar zonası ilə əhatələnir. Şimal yarımkürəsi savannalarında qırmızı, qonur, cənub yarımkürəsində isə qəhvəyi-qırmızı torpaqlar inkişaf etmişdir.

Savannaların bitki örtüyü müxtəlifdir. Burada ən geniş sahələr hündürboylu otlar (taxılkimilər və s.),seyrək meşələr,çay ətrafı sahələrdə isə qalereya meşələri ilə örtülüdür. Ağac bitkilərindən baobab, çətirli zürafə akasiyası savannalarda tipik mənzərə yaradır. Hündürboylu otlardan filotu, daşdayan və s göstərmək olar.

Cənubi Afrikada səhra zonası ensiz olduğundan və burada səhra materikin şərq sahilinə çixa bilmədiyindən,onu çox yerdə müxtəlif tipli savannalar əvəz edir. Geniş ərazi tutan savannalar Konqo çayının sol qollarının yuxarı axarını, Okovanqo, Kunen çaylarının yuxarı axarlarını və Zambezinin bütün hövzəsini (Nyasa, Tanqanika göllərinin ətraf sahələri də daxil olmaqla) tutur. Burada Anqolanın yüksək otlu savannaları, seyrək meşələri, Zimbabve və Mozambikin seyrək meşələri, çay boyunca qalereya meşələri yayılmışdır. Böyük çayların daima rütubətli geniş terraslarında və vadilərində isə rütubətli tropik meşələrə təsadüf edilir. Çökəklərdə və subareal delta bataqlıqlarında papirus və qamış bitir.

Böyük Səhranın cənub yarısında (təxminən 25°-26° şm.enindən cənuba) tropik səhra bitkiləri yayılmışdır.Burada səhralaşmış savannaya paralel olaraq otlu-kollu səhra qurşağı uzanır. Qədim dərələrdə isə palma talalarına rast gəlinir. Böyük Səhranın daha geniş daxili hissələrində kolluq səhra bitkiləri yayılmışdır. Kök sistemi yaxşı inkişaf etmiş alçaq boylu, yastıqvarı kollar çox seyrəkdir. Bu sahədə torpağın səthi çılpaqdır.

Böyük Səhranın şimal yarısında subtropik səhra tipli otlu-kollu sahə daha geniş areala malikdir. Taxılkimilərdən şiyavər, kollardan akasiya, innab, qərbdə Atlantik okeanı sahilində kaktusabənzər südlüyənlər, müxtəlif kollar, daşlı səhralarda yastıqvarı tikanlı kollar, qumlu səhralarda taxıl kimilərdən aristidanın növləri, kollardan retam, cır moruq, şoranlarda halofitlər yayılmışdır.

Afrikanın şimal və cənub ucqarlarında subtropik bitkiləri və torpaqları inkişaf etmişdir. Şimali Afrikada Aralıq dənizi sahili boyu səhralaşmış çöllər uzanır. Burada alfa otu və boz torpaqlar geniş yayılmışdır.

Atlas dağlarında, dəniz sahili düzənliklərdə və dağətəyində subtropik sarı torpaqlar, dağlarda dağ-qonur meşə, dağ-qəhvəyi torpaqları, Mərakeş yaylasında qəhvəyi və qara subtropik torpaqlar geniş yer tutur. Kap subtropik vilayətində az bir sahədə sarı torpaqlar,qalan sahələrdə isə qəhvəyi,dağ-qəhvəyi, dağ-boz-qəhvəyi torpaqlar yayılmışdır. Bu vilayət daima yaşıl bərk yarpaqlı kserofit formasiyaları ilə Aralıq dənizinin flora sahəsini xatırladır.Lakin Atlas dağları üçün xarakter olan ağac bitkilərindən mantar palıdına, daş palıda və s.Kap vilayətində rast gəlinmir.

Şərqi Afrikada enlik zonallıq yüksəklik zonallığı ilə əvəz olunur


Madaqaskarda bitki zonaları qərbdən şərqə bir-birini əvəz edir. Çox rütubətli şərq sahilboyunda və dağların şərq yamacında rütubətli tropik meşələr inkişaf etmişdir (səyahətçi ağacı, tamarind, müxtəlif palmalar), orta zonada otlu savanna, şərqdə isə tikanlı kolluqlar zonası yerləşir.


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin