Şimal və cənub subekvatorial qurşaqların ekvator qurşağı sərhədində illik yağıntılar 1300-1500 mm olur, yağıntılı dövr 8-10 ay davam edir və iki maksimum müşahidə edilir. Savannaların şimal (şimal yarımkürəsində) və cənub (cənub yarımkürəsində) sərhədində yağıntıların miqdarı 200 mm, yağınyılı dövrün davamlılığı isə 1-2 aya qədərdir. Ekvator qurşağına tərəf savannalarda yağıntıların miqdarı artır (1300-1500 mm-ə qədər) və yağıntılı dövr uzanır (8-10 aya qədər). Savannanın orta hissələrində isə illik yağıntılar 500-800 mm olmaqla,yağıntılı dövr 5-6 ay davam edir.
Afrikada şimal və cənub tropikləri az yağıntı alır. Böyük Səhrada yağıntıların illik miqdarı 200 mm-dən, onun çox geniş daxili vilayətlərində isə 50 mm-dən azdır. Kalaxarinin şimal və şərq hissəsi 250-500 mm, qərb hissəsi 200 mm-dən az, Namib səhrası isə 50 mm-dən az yağıntı alır.
Buna baxmayaraq, tropiklərdə az da olsa yağıntı düşür. İllik yağıntı bir yaxud iki leysan zamanı düşür. Bəzən bir neçə il dalbadal yağıntısız keçir. Böyük Səhranın cənub hissəsində yağıntılar əsasən yayda, şimal hissəsində isə qışda düşür (Aralıq dənizi rejimi).
Afrikanın şimal və cənub kənar hissələrini tutan subtropik qurşaqlarda yağıntıların illik miqdarı 500-800 mm (Liviya sahillərində 250 mm), Kap dağlarında 1000 mm-ə qədərdir. Hər iki qurşaqda yay quraq, qış yağıntılıdır. Bir tərəfdən yağıntıların azlığı, digər tərəfdən buxarlanma qabiliyyətinin çox yüksək olması böyük rütubət çatışmazlığı yaradır. Yalnız çox yağıntılı ekvator və subekvator qurşaqlarında, rütubət bolluğu hiss olunur. Başqa sahələrdə buxarlanma qabiliyyəti düşən yağıntıların miqdarından 5-10 dəfə, Böyük Səhrada 20-30 dəfə artıqdır.
Afrikada aşağıdakı iqıim tipləri ayrılır:
1)Ekvator iqlimi. 2)Subekvator iqlimi (şimal və cənub subekvator iqlim qurşağını tutur). 3)Tropik passatlar iqlimi (hər iki yarımkürənin tropik qurşağı səhralarını əhatə edir). 4)Subtropik iqlim (Afrikanın həm şimal, həm də cənub yarımkürə subtropikləri Aralıq dənizi iqliminə aid olub, qışı rütubətli –mülayim, yayı quru və istidir).
Dostları ilə paylaş: |