İkincisi, sonrakı mərhələdə ədədlərin adları, mərtəbələri öyrədilir.
Üçüncüsü, nömrələmədə həmin ədədin dairəsindən kənara çıxmaq şagirddə inam yaradır və o, natural ədədlərin sonsuzluğu ideyasına yaxınlaşdırır.
Nömələmənin öyrənilməsində konsentrizm tətbiqi, imkan yaradır ki, hər dəfə yeni dərsi öyrənərkən, köhnə dərs də təkrarlansın.
100 dairəsində toplama və çıxmaya aid aşağıdakı bilik, bacarıq və vərdişlərə yiyələnmək lazımdır:
Toplama və çıxma əməllərinin komponentləri və nəticələrinin adlarını bilməlidirlər;
Toplama və çıxma əməllərinin mənasını dərk etməli və ona görə də məsələ həllində müvafiq əməlin seçilməsində çətinlik çəkməməlidirlər;
Birrəqəmli ədədlərin və ikirəqəmli mərtəbə ədədlərinin toplama və çıxma cədvəllərini əzbər bilməlidirlər;
Toplama əməlinin yerdəyişmə və qruplaşdırma xassələrini, cəmdən ədədi çıxma, cəmdən cəmi çıxma və çıxmanın səmərəli hallarını bilməlidirlər;
100 dairəsində ədədləri cəld toplamağı və çıxmağı, 2-3 əməlli ədədi ifadələrin qiymətlərini əməllər sırası üzrə hesablamağı bacarmalıdırlar;
Toplama və çıxmaya aid əməllərdə məchul komponenti tapmaq qaydasını bilməlidirlər.
“1-dən 10-a qədər ədədlər” mövzusunda toplama və çıxma əməlləri arasında qarşılıqlı əlaqə və hesablamalarda onlardan istifadə halları aşkar edilmişdi. Ona görə də 21-dən 100-ə qədər ədədlər dairəsində toplama və çıxmanın öyrədilməsində əvvəlki biliklərdən istifadə olunur.
100 dairəsində nömrələmənin öyrənilməsi prosesində toplama və çıxma əməllərinin icrasına hazırlıq işi görülür. Belə ki, 100 dairəsində nömrələmə ilə tanış olarkən, şagirdlərin ədədlər və onların xassələri haqqında bilikləri genişlənir. Əgər 10 dairəsində say vahidi 1 (təklik) idisə, 100 dairəsində yeni say vahidi kimi onluq işlədilir. Yəni 10-bir onluq deməkdir, 20-iki onluqdur və s. Bunun əsasında onluqların toplanması və çıxılmasına aid çalışmalar icra edilir: 20+30=2onluq+3onluq=5onluq=50.
İkirəqəmli ədədi iki toplananın cəmi şəklində yazmağı öyrənməklə, şagird həm də hesablama üsullarını mənimsəməyə hazırlanır. Məsələn: 46=40+6; 46+4=(40+6)+4=40+(6+4)=40+10=4onluq+1onluq=5onluq=50.
100 dairəsində nömrələmə, toplama və çıxma əməlləri xassələrindən alınan nəticələr imkan verir ki, şagirdlər hər dəfə toplama və çıxmanın yeni halları ilə tanış olsunlar.
31. 100 dairəsində vurma və bölmə əməllərinin öyrənilməsi metodikası. Vurma və bölmənin cədvəl hallarının öyrənilməsi texnologiyası. Vurma və bölmə cədvəllərinin əzbər öyrənilməsi metodikası. Vurma və völmə əməllərinə öyrədilməsinə hazırlıq işi ikinci sinfin 3 cü rübündə başlanılır.. 100 dairəsində vurma və bölmə işinə tədris vaxtının 3 də 1 i həsr olunur. Belə ki şagirdlər iki2 üç3...nəhayət doqquz9 saymağa aid çalışmalar icra edirlər(2+2. 3+3+3 və.s...). Sonradan bu vurma kimi öyrədilir. Buna aid hazırlıq çalışmaları dərslikdə verilməlidir. Bunun nəticəsində vərdişlər qazanılır və vurma cədvəlinin öyrənilməsi yaxşı və tez başa gəlir. Məsələ və misallar formasında tapşırıqlar mövcuddur. Misal: 2×8=16. Məsələ: müəllim 5 uşağın hərəsinə 3 qələm verdi. Cəmi nə qədər qələm vermiş oldu? Həlli- 3×5=15. Bu və ya fərqli tərzdə çalışmalar şagirdin riyazi yaradıcıllığını inkişaf etdirir. Vurma əməllərində məsəllələr işləmək şagirdləri həm də bölmə əməlinə hazırlayır. Bölmə əməli vurmanın tərsidir. Bölmə əməljndə də misal və məsəllərdən istifadə edərək şagirdin biliklərinin möhkəmlədirilir. Vurma cədvəlini bilən şagird bölmənjn qaydasını öyrəndikdən sonra ona aid tapşırıqları həll edə bilər. 2 ci sinfi vurma və bölmə cədvəllərinin öyrənilməsinə hazırlıq kimi hesab etmək olar. Bunların cədvəl hallarının öyrədilməsi iş sistemi ilə həyata keçirilir: 1) 2,3,4,5 ədədlərinin birrəqəmli ədədə vurulması. 2)ikirəqəmli ədədlərin 2,3,4,y ə bölünməsi. Bu hallarda vurma və bölmə cədvəlinin öyrənilməsi qalan halların yerinə yetirilməsini asanlaşdırır. Şagirdlər vurma hallarını, onlarən konkret mənasını aşkar etdikdən sonra,vurmanın yerdəyişmə xassəsini öyrənirlər. Bunun üçün praktik iş vermək olar. Əsas olan da vurma və bölmənin komponentlərini və onların necə tapılması qaydasını aqlara öyrətməkdir. vuruq×vuruq=hasil və bölünən:bölən=qismət. Bunlardan biri məchul olduğu zaman digər ikisindən istifadə etməklə məchulu necə tapmaq lazım olduğu öyrədilir. Məsələn ?×5=10 yəni 10:5=2 ?=2 tapılacaqdır. Və.s buna uyğun misal ilə bərabər məsələlər də verilməlidir. Metodik ədəbiyyatda vurma cədvəlinin tərtib edilməsində iki yanaşma vardır. A. Birinci vurulan sabit saxlanır ikinci vuruq dəyişir, B. Hər dəfə birinci vuruq dəyişir ikinci sabit qalır. Məktəb təcrübəsində birinci yanaşmaya üstünlük verilir. Beləliklə vurma cədvəlinin tərtib edilməsində şagirdlər qabaqcadan bu biliklərə malik olurlar: yerdəyişmə xassəsi, 1i və 10u vurma halları, birinci vuruğun sabit saxlanması. Vurma cədvəli birrəqəmli ədədlərin cütcüt hasillərindən ibarətdir. 8 sütunu var. İlj sütünda 8 sətir. Sonuncuda isə bir sətir var(9×9). Vurma cədvəli 36 vurma halını əhatə edir. Bu cədvəldən 72 bölmə halı alınır. Cədvəli əzbər öyrənmək üçün gündəlik təkrarlar aparmaq lazımdır. Əzbəri yaxşı və asan etmək məqsədinilə rangarəng çalışmalar verilməsi məsləhətdir. Asan biliklər öyrənildikdən sonra qalıqlı bölmə əməlinə dair bacarıqlar formalaşmalıdır.