10 dairəsində toplama və çıxma cədvəlini öyrənirlər.
±1; ±2 halları: Şagirdlər 1-i üstə gəlmə və çıxma, 2-ni üstə gəlmə və çıxma hallarını öyrənməklə, 1 və 2 ədədləri ilə toplama və çıxma cədvəllərini, həmçinin ədədlərin tərkibini öyrənirlər (7 ədədi 1 və 6, 7 ədədi 2 və 5-in cəmidir). “1-i üstə gəlmə və çıxma” mövzusuna bir dərs həsr olunur. İlk üç dərsdə 1-i üstə gəlmə və 1-i çıxma şifahi aparılır. Ədədin hissə-hissə (1-1 və ya 2-2) əlavə edilməsi və çıxılması 10 və 20 dairəsində tez-tez tətbiq olunur. Göstərmək lazımdır ki, 3-ün üstünə 2 gəlmə o deməkdir ki, ədədlər sırasında 3-dən sonra gələn 2-ci ədəd, yəni 5-i alırıq.
±3; ±4 halları: ±2 hallarını təkrar etdikdən sonra, o biri ədədlərə keçmək olar. Burada hazırlıq işi, tək və cüt ədədlər sırasının oxunmasıdır (düzünə və tərsinə): 1,3,5,7,9 və 2,4,6,8,10. Bundan sonra 3+1+2, 4+2+1 şəklində misallar həll edilir. ±3 və ±4 halları hissə-hissə toplama və çıxmaya əsaslanmaqla (±2 əsaslanmaqla) yerinə yetirilir. 5+3 halı 5+2+1, 6+4 halı 6+2+2 kimi göstərilərək hesablanır.