Çoxrəqəmli ədədlərin nömrələnməsinin tədrisinin metodik ədəbiyyatda qoyuluşu. Çoxrəqəmli ədədlərin nömrələnməsi təlimi zamanı tətbiq olunan metodlar və vasitələr
39.Çoxrəqəmli ədədlərin nömrələnməsinin tədrisinin metodik ədəbiyyatda qoyuluşu. Çoxrəqəmli ədədlərin nömrələnməsi təlimi zamanı tətbiq olunan metodlar və vasitələr. Çoxrəqəmli ədədlərin nömrələnməsi zamanı uşaqlar hansı bilk, bacarıq və vərdişlərə yiyələnməlidirlər:
Nömrələnməni öyrənərkən uşaqlar çoxrəqəmli ədələri oxumağı, yazmağı, mərtəbələr sinfini göstərməyi, ədədi mərtəbə tplananlarının cəmi şəklində göstərməyi və bu biliklərdən şifahi və yazılı hesablamalarda istifadə etməyi bacarmalıdır. Çoxrəqəmli ədədlərin nömrələnməsini müxtəlif şəkildə planlaşdırmaq olar: İlin əvvəlində təkrara 3-4 həftə yer verilir, əvvəl keçilənlər təkrar edilir, biliklər sistemləşdirilir.Digər metodiki yanaşma- Dərs ilinin ilk günündən nömrələnməyə dair yeni biliklər verilir, lakin burada mövzu ilə bağlı əvvə keçilənlər təkrar edilir. Əsas məqsəd vaxt itkisinə yol verilməməsidir. Çoxrəqəmli ədədlərin öyrədilməsi çoxlu sayda çalışmalarla müşayiətolunur:ədədlərin adlandırılması, oxunması, yazılması və s.Çalışmalara 15-20 dəq vaxt ayrılır.
Çoxrəqəmli ədələrin nömrələnməsi təlimi zamanı tətbiq olunan metodlar və vasitələr: 1-ci sinifdən başlayaraq: 1)əyani-induktiv metod; 2)əyani-konkret induktiv metod; 3)konkret induktiv və deduktiv metodun elementləri ilə birgə tətbiq edilir.
1-dən 1000000-a qədər ədədlərin nömrələnməsi prosesində sual-cavab və digər metodlar-əyani materialların müşayiəti ilə tətbiq edilir.4-cü sinifdə nömrılınmənin öyrədilməsində ən əlverişli metod induktiv metoddur. Şagirdlər 1-ci sinif (təkliklər), 2-ci sinif ( yüzlüklər) 3-cü sinif(minliklər) 4-cü sinif (milyonluqlar) sinfi ilə tanış edilirlər.Əvvəl öyrəndikləri qaydanı burada tətbiq edirlər. Riyaziyyat təlimində əyani- texniki vasitələrdən də geniş istifadə olunur. Əyani-texniki vasitələrin tətbiqi təxəyyüldən təsvirə, konkretlikdən ümumiliyə keçməyə imkan yaradır.Ədədlərin nömrələnməsindən sonra hesab əməlləri yerinə yetirilir.Buna aid müxtəlif əyani-didaktik materiallar, sxem və cədvəllər vardır.
1)rəngli çöplər; 2) nömrələnmə cədvəli; 3)ekran vasitələri- kinofilmlər, proyektor.