1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


Çoxrəqəmli ədədlərin onluqlara və yüzlüklərə bölünməsi halları



Yüklə 388,38 Kb.
səhifə36/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   ...   32   33   34   35   36   37   38   39   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

Çoxrəqəmli ədədlərin onluqlara və yüzlüklərə bölünməsi halları:
Əvvəlcə, 1-a, 100-ə, 1000-ə qalıqsız bölmə halları təkrar edilir. Sonra isə qalıqlı bölmə hallarına baxılır. İnduktiv mühakimə metodu ilə şagirdlər bu nəticəyə gələ bilər, sonu 0-la qurtaran ədədləri 10-a, 100-ə, 1000-ə bölmək üçün həmin ədədlərin sonundan böləndəki 0-ların sayı qədər 0-ı pozmaq kifayətdir. Bu qayda vurma əməlinin uyğun hallarının tərsini göstərir. Ədədi 10-a böldükdə, bölünəndəki onluqların sayı qismətə, bölünəndəki təkliklərin sayı isə qalığa bərabərdir(eynilə 100 və 1000ə bölmə). Çoxrəqəmli ədədin bölünməsi prosesini səmərələşdirmək üçün böləni bir neçəvuruğun hasili şəklində göstərib, bölünəni ardıcıl olaraq həmin vuruqlara bölmək lazımdır.
İkirəqəmli və üçrəqəmli ədədlərə vurma və bölmə.
Vurma: ədədin ikirəqəmli ədədə vurulmasını şərh etmək üçün ədədin cəmə vurulası xassəsini təkrar etmək və onun tətbiqinə aid misallar həll etmək lazımdır.
68x24= 68x (20+4)= 68x20+68x4. Belə hallarda vurma əməlini yerinə yetirmək çətindir, ona görə də yazılı vurmadan istifadə olunur.(alt alta vurma)
Bölmə: Əvvəlcə, ikirəqəmli ədədə bölmə alqoritmini izah edək, bunun üçün bölünən üçrəqəmli ədad götürmək lazımdır. 2 halı nəzərə almaq lazımdır: 1)üçrəqəmli ədədi ikirəqəmli ədədə qalıqsız bölmək 2) üçrəqəmli ədədi ikirəqəmli ədədə qalıqli bölmək. Bu bölmə zamanı şagirdlər yazılı bölmənin mahiyyətini dərk edirlər. Çünki verilən ədədi əvvəlcə bölənə deyil, ona yaxın olan mərtəbə ədədinə bölüb təxmini qismət tapır və sonra bunu yoxlayırlar.
Yazılı bölmə alqoritmi şagirdlər üçün çətinlik törədir. Çünki vurma alqoritmindən fərqli olaraq, yazılı bölmə, bölünənin yüksək mərtəbəsindən başlanır, qismətin mərtəbə ədədlərini tapmaq üçün sınaq üsulundan istifadə olunur. Üçrəqəmli ədədə bölmə ikirəqəmli ədədə bölmə ilə eynidir. Burada əvvəl qismət birrəqəmli ədəd olmaqla, üçrəqəmli ədədə bölmə nəzərdən keçirilr. Şagirdlər qismətdəki ədədi tapmaq mexanizmini öyrənirlər.
43.Parçanın uzunluğu və onun ölçülməsinin öyrədilməsi metodikası.uzunluq ölçü vahidləri və onlar arasında əlaqə.
Uzunluq -kəmiyyətin mühüm xassəsidir. Məsələn,yolun uzunluğu ,iki obyekt arasında məsafə ,sinif otağının uzunluğu və s.
Uzunluq haqqında uşaqlarda ilk intuitiv təsəvvürlər məktəbəqədərki dövrdə yaranmağa başlayır. Uzunluq anlayışı və onun ölçülməsi ilə şagirdləri tanış etmək üçün başlanğıc mərhələ- düz xətt və parça anlayışları haqqında şagirdlərdə əyani praktik təsəvvürlərin yaradılmasıdır.Müəyyən uzunluqların , məsafələrin , əşyaların müqayisə edilməsi bu sahədə ən mühüm addımlardır. Müqayisələrə konkretlik vermək məqsədilə şagirdlərdə uzunluğu ölçmək tələbatı yaratmaq lazımdır. İşin ikinci mərhələsində parçaların ölçülməsi üçün ilk ölçü vahidi santimetr (sm) daxil edilir. Bu ölçü vahidi daxil edilənə qədər şagirdlər şərti ölçü vahidi ilə ölçərək , parçaları müqayisə edirlər . Uzunluğun xətkeşlə , ölçü lenti vasitəsilə ölçülməsi şagirdlərdə praktik ölçmə vərdişləri yaradır.Hər dəfə xətkeş üzərindəki santimetrləri saymaqla və ya parçanın sonundakı ədədi oxumaqla , parçanın uzunluğunun neçə santimetr olduğunu müəyyən edirlər. Parçaların xətkeşlə ölçülməsi prinsipinə riayət etmək lazımdır. 1m=10 dm ,1dm=10 sm ,1m=100sm ,1km =1000m,1sm=10mm
Uzunluq ölçü vahidləri arasındakı münasibətlər onluq say sistemindədir və ona görə də buna metrik ölçü sistemi deyilir.
Məsafənin uzunluğunu(qiymətini ) tapmaq üçün bilavasitə ölçmədən istifadə olunur. Lakin 4- cü sinifdə şagirdlər yeni bir kəmiyyət -sürətlə tanış olduqdan sonra , öyrənirlər ki , məsafəni bilavasitə ölçmədən də onun qiymətini tapmaq olar, bunun üçün cismin sürətini və hərəkət müddətini bilmək kifayətdir.(S=v×t)

Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin