1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


Vaxt və onun ölçülməsi ilə şagirdlərin tanış edilməsi. Vaxtın hesablanmasına aid məsələlərin həlli metodikası



Yüklə 388,38 Kb.
səhifə38/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   ...   34   35   36   37   38   39   40   41   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

46.Vaxt və onun ölçülməsi ilə şagirdlərin tanış edilməsi. Vaxtın hesablanmasına aid məsələlərin həlli metodikası.
Vaxt-mücərrəd anlayışdır, əslində hadisədir. Vaxtın öyrənilməsində olan çətinliklər:1.vaxt fasiləsiz axır; 2.vaxtı dayandırmaq, geriyə qaytarmaq mümkün deyil; 3.vaxt aralıqları, müddət anlayışlarının, hadisələrin davametmə müddətlərinə görə müqayisə edilməsi şagirdlər tərəfindən çətin qavranılır. Çünki bizim qavrayışımıza görə vaxt gah tez gah gec gedir. 1.sinif şagirdləri "dünən","bugün","sabah","əvvəl","sonra","tez" və s. kimi anlayışları tədricən dərk edirlər. Onlara həftənin günləri, adları ardıcıl öyrədilir. 2.sinifdə vaxtın saat və dəqiqə ilə ölçülməsi öyrədilir.3.sinifdə ay,il,gün öyrədilir.4.sinifdə isə əsr və saniyə anlayışı öyrədilir.Vaxt ölçülərindən gün və il əsas ölçü vahidləri hesab olunur.Saat-vaxt parçası kimi, müddət kimi təqdim edilərkən, elə hadisələr misal göstərilir ki, onların davametmə müddəti 1 saata yaxın olur və uşaqlar bunu müşahidə edir. Eyni qayda dəqiqə üçündə keçərlidir.Məsələ, 1 dəqiqə ərzində 60-a kimi saymaq olar.1saat=60dəq,1gün=24saat münasibətləri öyrədilir. Saat üzərində olan böyük və kiçik əqrəbin funksiyası öyrədilir.Bəzi məsələlərə diqqət edilməlidir: vaxtın kəmiyyət kimi 60-lıq say sistemində hesablanması, 12 və 24 saatlıq sistemlərdə hesablanması, sutkanın başlanğıcının gecə saat 00-dan hesablanması. Son olaraq əsr və saniyə-ölçü vahidləri ilə tanış edilir. Vaxt mücərrəddir, onun dinamikası saat cihazı vasitəsilə sanki əyani şəkildə göstərilir. Era sözü "vaxtın hesablama başlancığı" mənasında işlədilir. Xristian təqviminə görə bizim eranın 2022-ci ilidir. Buna miladi sistem də deyilir. İslam ölkələrində era- Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicr etməsi vaxtı qəbul edilmişdir, xristianların arasından 622 il sonra olmuşdur.Vaxtın hesablanmasına aid məsələlərdə 2 anlayışdan istifadə edilir:1.təqvim vaxtı:2.hesab vaxtı. Təqvim vaxtı-hər hansı hadisənin başvermə başlanğıcı və ya sonunu göstərən vaxta deyilir. Məsələn, Azərbaycan Respublikası 1918-ci il mayın 28-də Müstəqil elan olunmuşdur."1918-ci il mayın 28-i"-təqvim vaxtıdır. Hadisənin sonunu 2005-ci il iyunun 10-u qəbul etmək şərti ilə məsələni həll edək. 2012 il 5 ay 10 gün-1917 il 4 ay 28 gün= 95 il 12 gün Cavab:95 il 12 gün(hesab vaxtı) Şagirdlər zaman vahidlərinin qarşılıqlı çevirmələri üzərində tapşırıqlar yerine yetirir.2dəq.15san.+ 1dəq. 55san.=3dəq. 70san.=4dəq. 10 san. 255 dəqiqənin ifadə yolları:255=240+15,240÷60=4saat,255 dəqiqə=4 saat 15 dəq. Dəqiqələri 60-a qalıqsız bölünən ən böyük hissəni ayırır, bu dəqiqələri saatlar, qalanı dəqiqə kimi yazılır. Eyni qayda saniyə üçündə keçərlidir.

Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin