1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


I-IV siniflərdə həndəsə materialının öyrədilməsi metodikası



Yüklə 388,38 Kb.
səhifə46/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   ...   39   40   41   42   43   44   45   46   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

57. I-IV siniflərdə həndəsə materialının öyrədilməsi metodikası.
I-IV siniflərdə həndəsə materialının öyrədilməsi metodikası İbtidai siniflərin riyaziyyat kursuna daxil edilmiş həndəsə materialı müəyyən sistem təşkil etməklə: şagirdlərdə həndəsi obrazlar(fiqurlar) haqqında təsəvvürlər yaratmağı, şagirdlərdə praktik bacarıq və vərdişlər formalaşdırmağı, əldə edilmiş əyani təsəvvürlər və nəzəri biliklər əsasında ölçmə, hesablama və qurma işlərinə aid məsələlər həll etməyi bacarmaq məqsədlərini daşıyır.Bütün bunlar şagirdlərin fəza təsəvvürlərini, obrazlı nitqini, məntiqi təfəkkürlərini inkişaf etdirir. Proqramda nəzərdə tutulmuş praktik işlər məhz bu sistemli işin tərkib hissəsini təşkil etməlidir. İbtidai sinif müəlliminin əsas vəzifəsi- qeyd olunan məqsədləri həyata keçirməyə qadir olan metodiki sistem hazırlamaqdan və onu reallaşdırmaqdan ibarətdir. Şagirdlərdə həndəsi təsəvvürlərin formalaşdırılması üçün işi mərhələlərlə aparmaq lazımdır:şagirdlər həndəsi fiqurları müşahidə edir, onları ətraf mühitdə tapmağı öyrənirlər, həndəsi fiqurların xassələrini praktik olaraq aşkar edirlər, müvafiq terminləri öyrənirlər, öyrənilmiş bilikləri praktikada tətbiq edirlər.Həndəsi təsəvvürləri formalaşdırarkən 2 istiqamətdə iş aparmaq lazımdır: 1)əşyalardan «həndəsi fiqur» anlayışına doğru,2)həndəsi obrazdan əşyaya doğru. Bu iş metodu həndəsə elementləri təlimini həyatla əlaqələndirməyə imkan verir. Əşyalar üzərində müşahidə, müqayisə priyomlarından sonra, məcərrədləşdirmə mərhələsində şagirdlər ümumi nəticələr çıxarırlar və 3. mərhələdə-biliklər praktikaya tətbiq edilir. Bu üç mərhələ əsasında həndəsi fiqur anlayışı haqqında konkret biliklər formalaşır. İbtidai məktəbin I-II siniflərində əsas həndəsi fiqurlarla tanışlıq və onların adlandırılması işi tamamlanır. III-IV siniflərdə fiqurların xassələri dəqiqləşdirilir, məntiqi yanaşma əsasında fiqurlar təsnif edilir. Fiqurların müqayisəsinə aid 2 növ tapşırıq vermək olar:1)müstəvi fiqurların müqayisəsi və təhlili, 2)müstəvi və fəza fiqurlarının müqayisəsi və təhlili. Fiqurun forması, ölçüləri və digər xassələri onun həndəsi məzmunundan asılı təhlil edilir. Hələ I-II siniflərdə şagirdlər həndəsi fiqurlarla tanış olarkən analiz va sintezlə məşğul olurlar. Müəllimin vəzifəsi fiquru təhlil edərkən onun mühüm və mühüm olmayan aləmətlərini aşkar etsin. Həndəsə elementlərini öyrədərkən:1)həndəsi və məntiqi terminologiyadan, 2)simvolika, çertyoj və şəkillərdən istifadə edilir. Məktəb həndəsə kursu elə qurulmuşdur ki , I - IV siniflərdə bəzi anlayışlar tərifsiz, intuitiv əsasda qəbul edilir. Şagirdlər sinifdən sinfə keçdikcə, əsas anlayışların sistemi dəyişir. Məsələn: I-IV siniflərdə «parça»,«çoxbucaqlı»,«bucaq» və bu kimi anlayışlar tərifsiz verilir. V sinifdə isə həmin anlayışlara tərif verilir. I-IV siniflərdə həndəsə elementlərinin təlimi digər tədris fənləri ilə əlaqələndirilməlidir. Bu əlaqələrin əsasında ədəd anlayışı dayanır. Ədədlərin xassələri ilə fiqurun xassələri arasında münasibətlər yaradılır və aşkar edilir. Beləliklə, fiqurlardan istifadə etməklə, ədədlərin, hesab əməllərinin xassələri öyrədilir və əksinə ədədlərdən istifadə etməklə, fiqurların xassələri öyrədilir. Məsələn, I sinifdə nömrələmə prosesində həndəsi fiqurlardan sayma vasitəsi kimi istifadə olunur. Bir qədər sonra, hər bir həndəsi fiqurun elementləri sayma vasitəsinə və ya obyektinə çevrilir. Sonra, şagirdlər kəmiyyəti ölçmə nəticəsində alınan adlı ədədlərlə tanış olurlar. Həndəsi fiqurlardan hesab məsələlərinin həllini asanlaşdırmaq üçün də istifadə olunur. Kəmiyyətlər arasındakı miqdari münasibətlər düz xətt parçaları və ya düzbucaqlı və onların hissələri şəklində təsvir edilir. Yeni anlayışların öyrədilməsində də həndəsi fiqurlardan istifadə olunur. Məsələn, 3 sinifdə «hissə» anlayışını, 4 sinifdə «kəsr» anlayışını öyrədərkən. Həndəsi anlayışları öyrədərkən ,anlayışın cinsi və növü kimi təsnifinə yaxınlaşır. Hər bir həndəsi fiqur nöqtələr çoxluğundan ibarətdir. I-IV siniflərin riyaziyyat təlimində əsas metodiki priyom-həndəsə materialının kursun digər materialları ilə əlaqəsinin təmin edilməsidir. Şagirdlərin fəza təsəvvürlərinin inkişaf etdirilməsi siniflər üzrə və mərhələlərlə aparılır. Məsələn, I sinifdə (hazırlıq mərhələsində) şagirdlərin fəza təsəvvürləri əşyalar arasındakı miqdar, ölçü münasibətlərinə görə tədricən formalaşdırılır. III sinifdən fəza təsəvvürlərinin formalaşdırılması işi bir qədər mürəkkəbləşdirilir. Həndəsə materialı hesab materialından o cəhətdən fərqlənir ki, burada müəllim sistematik surətdə şagirdlərin çertyojçəkmə və ölçmə vərdişlərini inkişaf etdirmək üçün müvafiq çalışmalardan istifadə etməlidir. II sinifdən, parçaları ölçmə, 1 sm dəqiqliyi ilə xətkeş vasitəsilə parçaları qurma vərdişlərinə tədricən yiyələnirlər. III-IV siniflərdə sadə həndəsi qurmaları üçün ölçmə alətlərindən pərgar, ölçmə pərgarı, çertyoj üçbucağı və ruletkadan istifadə edilir. Burada bəzi cəhətlərə diqqət yetirmək lazımdır:1)ölçmə və qurma işlərinin dəqiqliyinə diqqətin artırılması;2)çertyoj və şəkillərin daha keyfiyyətli çəkilməsi, 3)görülmüş işlərin sözlərlə təsvir edilməsi. Məlumdur ki, ibtidai siniflərdə məsələ həllində həndəsədən nəzəri məlumatlar və praktik vərdişlər də yaradılır. Bu məqsədlə bəzi vəzifələrə xidmət edən məsələləri həll etmək lazımdır:a)həndəsi fiqurlar sayma vasitəsi kimi istifadə olunur; b)həndəsi kəmiyyətlər haqqında təsəvvürlər formalaşdırılır, parçaların, sahələrin ölçülməsi vərdişləri yaradılır;c)perimetr və sahələri ölçməklə hesablama bacarıqları və vərdişləri inkişaf etdirilir;d)verilmiş perimetrlərinə görə həndəsi fiqurları qurmaq bacarıqları;e)fiqurların təsnif edilməsi bacarıqlarının:f)fiqurun hissələrə bölünməsi və hissələrdən yeni fiqurun alınmasına aid vərdişlər;g)həndəsi fiqurun adlandırılması və hərflərlə işarə edilməsi bacarıqları formalaşdırılır;h)ətraf mühitdə həndəsi formalı əşyalar aşkar edilir.

Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin