54.Tənlik anlayışı və tənliklərin həllinin öyrədilməsi metodikası. Məsələlərin tənlik vasitəsilə həll edilməsi metodikası. İbtidai siniflərin riyaziyyat kursunda tənlik məchul və ya hərf daxil olan bərabərlik kimi şərh olunur. Tənliyi həll etmək hərfin hansı qiymətində tənliyin doğru bərabərliyə çevrildiyini müəyyən etməkdir. Həllin düzgünlüyünü yoxlanılması hərf daxil olan ifadənin ədədi qiymətinin tapılması və alınan 2 ədəd arasındakı bərabərliyin aşkar edilməsi ilə bitir. Riyaziyyat kursuna sadə tənliklərin əlavə olunması bu məqsədlədir:
1.İbtidai məktəbin və V-XI siniflərin riyaziyyat kursları arasında əlaqənin təmin edilməsi;
2. tənlik anlayışı riyaziyyatın ən mühüm anlayışlarından biridir;
3. Riyazi modelləşdirmənin əsas növüdür və məsələ həllində operativ üsullardandır
4. Tənlik anlayışı münasibət anlayışının bir növüdür.
I sinifdə tənlik haqqında təsəvvürün yaradılmasında y+5=7; z-3=7 kimi misallar hazırlıq rolunu oynayır. II-IV siniflərdə vurma və bölmə əməllərinə aid tənliklər həll olunur. Şagirdlərin tənliklə tanış edilməsi məsələ həlli ilə başlanır. Məsələdə verilən ədədlərə görə məchul ədədin tapılması üçün, məchul ədədlə verilən ədəd arasında müəyyən münasibəıt yaratmaq lazımdır. Bu ilk mərhələdə toplama və ya çıxma ilə bağlı olur. Məsələnin məzmunu əsasında tənliyin qurulması adi dildən riyazi dilə keçməyi riyaziyyat təliminin ən mühüm məqsədlərindən biridir. Şagird ədədi ifadənin qiymətini hesablayarkən, ədədin tərkibi haqqında biliklərdən və ya hesablama üsullarından istifadə edə bilər. Sonrakı mərhələdə tənliklərin həlli əməlin nəticəsi ilə komponentləri araındakı asılılığa əsaslanır.
Şagirdlərin tənlik haqqında təsəvvürlərini genişləndirmək məqsədi ilə əməli məchul olan tənliklərdə əməl işarəsini müəyyən etdikdən sonra həlli davam etdirmək olar. X*15=3 burada şagird müəyyən etməlidir ki, * işarəsi ya – ya da : ola bilər. Tənliklər həllinin öyrədilməsində ən mühüm məsələlərdən biri tənliyin oxunmasının öyrədilməsidir. Tənliklərin oxunması və həlli alqoritminin şifahi söylənməsi şagirdin riyazi nitqinin inkişafına kömək edir.
IV sinifdə x+x=18, z+z=z+7 kimi çalışmalar şagirdlərdə böyük maraq doğurur. Burada tənliyin həlli alqoritmindən, həm də sınaq metodundan istifadə etmək olar.