1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


Sürət, zaman və gedilən yol kəmiyyətləti arasında funksional asılılıqların öyrədilməsi metodikası



Yüklə 388,38 Kb.
səhifə40/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   ...   36   37   38   39   40   41   42   43   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

50.Sürət, zaman və gedilən yol kəmiyyətləti arasında funksional asılılıqların öyrədilməsi metodikası.
Riyaziyyatın ibtidai kursuna əsas kəmiyyətlərin daxil edilməsi iki məqsədə xidmət edir:1.Şagirdlərdə kəmiyyətlər haqqında təsəvvürlərin formalaşdırılması.
2.Kəmiyyətlərin ölçülməsi haqqında bacarıq və vərdişlərin yaradılması.
I-IV siniflərdə kəmiyyətlərin öyrədilməsi əsasən praktik zəmində həyata keçirilir. Sürət bir kəmiyyət olmaqla IV sinifdə məsələ həlli prosesində işlədilir. Fiziki kəmiyyət olmaqla yanaşı, mürəkkəb kəmiyyətdir. Sürət bir kəmiyyət kimi zaman və gedilən yol kəmiyyətləri ilə xarakterizə olunur. Hərəkətə aid məsələlərdə üç kəmiyyət- sürət,zaman və gedilən yol kəmiyyətləri iştirak edir. Şagirdlərdə sürətlə zaman və gedilən yol arasındakı funksional asılılıq ideyası aşlar edilir.
Çox vaxt sürət kəmiyyətinin mahiyyətini aşkar etmədən km/saat, m/dəq kimi yazılışlar istifadə olunur. İbtidai məktəbdə cismin 1 saatda, 1 dəqiqədə və ya vahid vaxt ərzində getdiyi yol ilə xarakterizə olunur. Məsələ həllinə hazırlıq məqsədilə, sürət, vaxt və məsafə arasında mütənasib asılılıqlar bu şəkildə ifadə edilir: V=S/T ; t=S/V ; S=V•t
Bu asılılıqların hər birində vurma və bölmə əməllərinin tərifləri ödənilməlidir.
51.Şagirdlərin sadə kəsrlərlə tanış edilməsi metodikası.
IV sinif şagirdlərinin sadə kəsrlərlə tanış edilməsi iki əsasa söykənir:
1)çoxrəqəmli ədədlər üzərində vurma və bölmə əməlləri öyrənildikdən sonra şagirdlər kifayət qədər bilik,bacarıq və vərdişlərə yiyələnmişlər;
2)III sinifdə “Hissələr”mövzusunun tədrisi nəticəsində sadə kəsr haqqında anlayışların verilməsi üçün şagirdlər müəyyən qədər bilikləri vardır.
Bu mövzunu öyrənmə nəticəsində şagirdlər əldə edirlər:
1)məxrəcləri 10 dairəsində olan hissələri göstərməyi və yazmağı
2)kəsrin surəti və məxrəcini fərqləndirməyi və hər birinin mənasını aşkar etməyi
3)sadə kəsrləri əyani olaraq göstərməyi,oxumağı və yazmağı,müqayisə etməyi
4)ədədin hissəsini tapmağı və verilən hissəsinə görə ədədi tapmağa aid məsələləri həll etməyi bacarmalıdırlar.
Kəsrlərlə əlaqədar həll edilən məsələlər əyaniləşdirilməlidir.Kəsrlərin öyrədilməsi hissələrin öyrədilməsi metodikasına oxşardır.Kəsrlərin müqayisə edilməsini öyrədərkən,məxrəcləri 2,4,8 olan kəsrlər;5,10 olan kəsrlər;3,6,9 olan kəsrlər ayrı müqayisə edilməlidir.
Kəsrlərin müqayisəsini belə ardıcıllıqla etmək olar:
1)hissələrin müqayisə edilməsi
2)məxrəcləri bərabər,surətləri müxtəlif olan kəsrlərin müqayisəsi
3)surətləri bərabər,məxrəcləri müxtəlif olan kəsrlərin müqayisəsi
4)müxtəlif kəsrlərin müqayisəsi
Bu mövzuya aid məsələlər-
Məsələ1:Aytənin 70 manatı var o pulunun 1/5 hissəsinə bir neçə kitab aldı.Kitabların qiyməti neçəyədir? Cavab:70:5=14 Məsələ 2: Avtobus arasındakı məsafə 400 km olan A şəhərindən B şəhərinə getməlidir. Avtobus bu məsafənin 2/5 hissəsini getmişdir.Avtobus nə qədər yol qət edib? Cavab:400×2/5=160 km

Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin