1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


Kütlə və onun ölçü vahidləri ilə şagirdlərin tanış edilməsi



Yüklə 388,38 Kb.
səhifə37/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   ...   33   34   35   36   37   38   39   40   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

44.Kütlə və onun ölçü vahidləri ilə şagirdlərin tanış edilməsi.
Şagirdlərdə kütlə və tutum haqqında təsəvvür yaratmaq üçün onlar müvafiq olaraq , kiloqram (kq) və litrlə (l) tanış edilir.Kütlə təsəvvürünü yaratmaq və onu cismin digər xassələrindən asılı olub olmadığını müəyyənləşdirmək üçün müxtəlif çalışmalar vermək olar.

  1. Eyni formalı , müxtəlif ölçülü ,eyni materialdan hazırlanmış iki cismin kütlesinin müqayisəsi

  2. Eyni formalı və ölçülü ,lakin müxtəlif materiallardan hazırlanmış iki cismin kütləsinin müqayisəsi

  3. Eyni materialdan hazırlanmış müxtəlif iki cismin kütlesinin müqayisə edilməsi.

Şagirdlər tərəzinin sol gözünə çəki daşını , sağ gözünə isə kütləsi ölçülən əşyanı qoyurlar. Beləliklə, onlar tərəzidə çəkmə vərdişlərinə yiyələnirlər. Şagirdləri avtomat və elektron tərəzilərin quruluşu ilə də tanış etmək lazımdır. Gözə yarı və əllə kütləni təxmini müəyyən etməyə aid çalışmalar da verilməlidir. Tərəzidə çəkmə qaydasını öyrədərkən belə məzmunda məsələ vermək olar. Tərəzinin sağ gözündəki qabda alma, sol gözündə isə 1 kq və ya 2kq daş var . Qabın kütləsi 1 kq-dır. Alma nə qədərdir .
Kütlənin yeni vahidi qram haqqında tanışlıq minlik konsentrində verilir. 1000 dairəsində nömrələnmə kütlə ölçü vahidləri ilə əlaqələndirilir. Bundan başqa kütlənin yeni vahidləri sentner və tondur.
Tutum haqqında təsəvvürlər yaratmaq üçün litr haqqında əyani məlumat verilir. Mayelərin litrlə ölçülməsi,1 litr suyun 1 kq olması mayelərin litrlə ölçülməsi haqqında əyani- konkret məlumat verilir.
1t=10s. 1t =1000kq
1s=100kq 1kq = 1000q
45.Sahə anlayışı və onun ölçü vahidləri ilə şagirdlərin tanış edilməsi. Sahələrin hesablanmasına aid məsələlər.
Sahə anlayışı, sahə ölçü vahidləri haqqında məlumat IV sinifdə verilir. Sahə anlayışı ilə bağlı şagirdlər aşağıdakı bilik, bacarıq və vərdişləri qazanmalıdırlar. 1.Obyektin, fiqurun sahəsi haqqında təsəvvürlərin əldə edilməsi müstəvi fiqurların sahələrinin:gözəyarı, üst-üstə qoymaqla və sahə ölçü vahidlərindən istifadə etməklə müqayisə edilməsi. 2.Sahə ölçü vahidləri, kv.sm, kv.dm, kv.m, kv.mm, ar, ha, kv.km haqqında təsəvvürlərin yaradılması və düzbucaqlı şəklində fiqurların sahələrinin hesablanması. 3.Sahə ölçü vahidləri arasında münasibətlərin mənimsənilməsi (adlı ədədlərin xırdalanması və çevrilməsi). 4.Mürəkkəb konturlu (sərhəd) fiqurların sahələrinin palet vasitəsilə təqribi hesablanması. 5.Düzbucaqlı şəklində və düzbucaqlaya gətirilə bilən fiqurların sahələrinin düstur vasitəsilə hesablanması, verilən sahəsinə və bir tərəfinə görə düzbucaqlının perimetrinin tapılmasına aid məsələlər həlli. 6.Düzbucaqlı şəklində fiqurların sahələri ilə perimetrleri arasında asılılığın aşkar edilməsi. ”Sahə” anlayışı sonlu müstəvi fiqurun xassəsi kimi təqdim olunur və ilk mərhələdə «sahə» sözünü işlətmirlər,daha sonra isə ”fiqurun tutduğu yer” əvəzinə “fiqurun sahəsi” ifadəsi işlədilir. Sahə vahidi olaraq tərəfi 1uz.v. olan kvadrat götürülür. Verilmiş düzbucaqlının sahəsinin neçə kvadrat vahid olduğunu tapmaq üçün, həmin kvadrat vahidlərlə düzbucaqlını örtmək lazımdır. Düzbucaqlının tərəflərini a b ilə işarə etsək,onda həmin düzbucaqlının sahəsi, S=a×b kv.v. olacaqdır. Sahə ölçü vahidlərindən ilk kvadrat santimetrla (kv.sm)tanış olurlar. ”Kvadrat santimetr” ifadəsi tərəfinin uzunluğu 1sm olan kvadratın sahəsinə deyilir. Santimetr-uzunluq vahididir, kvadrat santimetr-sahə vahididir. Fiqurun sahəsini göstərən ədəd həmin fiquru örtən bütün kvadrat santimetrlərin sayıdır. Sahələrin əyani-konkret şəkildə hesablanması işin 1. mərhələsini təşkil edirsə, sahələrin S=a×b düsturu ilə hesablanması işin 2. mərhələsini, mürəkkəb konturlu fiqurların sahələrinin təqribi hesablanması işin 3. mərhələsini təşkil edir. Bu mərhələdə sahələr palet vasitəsilə hesablanır. Palet-30sm x 30sm ya 50sm x 50sm ölçüdə şəffaf lövhə olub, kv.mm-lərə, kv.sm-lərə, kv.dm-lərə bölünmüşdür. Paleti sahəsi ölçülən fiqurun üstünə qoyub, həmin fiqurun konturu daxilindəki tam kvadrat vahidlərin sayına yarımçıq kvadrat vahidlərin sayının yarısını əlavə edirlər. Alınan ədəd-həmin fiqurun sahəsinin təxmini qiyməti olacaqdır. Paletin bölgələri hansı vahidlədirsə, axtarılan sahə də həmin vahidlə ifadə olunacaqdır. Bundan sonra şagirdlər kvadrat desimetrlə tanış edilir. 10sm=1dm-dir. Sahələrin hesablanmasına aid məsələlər həllində kv.sm-lərin kv.dm-lərə çevrilməsi və kv.dm-lərin kv.sm-bara xırdalanması əməliyyatları yerinə yetirilir. Praktikada ən çox işlədilən sahə vahidi ar va hektardır. Ona görə də bu iki ölçü vahidinin riyazi xarakteristi kası göstərilməlidir. Əks halda riyaziyyatın həyatla əlaqəsi və ya həyatda tətbiqi təmin olunmaz. Məsələ: Sahəsi 25 kv.m olan düzbucaqlı sahəyə hasar çəkmək lazımdır. Hansı halda hasarın uzunluğu ən az olar? Həlli: Perimetrləri eyni olan düzbucaqlılardan sahəsi ən böyük olan kvadratdır Deməli, həmin sahənin hasarının uzunluğu-20 m olacaqdır. Lakin sahə düzbucaqlı şəklində olarsa, həmin uzunluqda hasarla 10 kv.m və ya 16 kv.m veya 24 kv.m sahəni hasarlamaq olardı.

Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin