1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


dairəsində şifahi və yazılı vurma və bölmə əməllərinin öyrədilməsi metodikası



Yüklə 388,38 Kb.
səhifə31/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   ...   27   28   29   30   31   32   33   34   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

37.1000 dairəsində şifahi və yazılı vurma və bölmə əməllərinin öyrədilməsi metodikası.
1000 dairəsində vurma və bölmənin şifahi və yazılı halları öyrədilir. Vurma və bölmənin şifahi hallarına bular aiddir:
1)yüzlüklərin birrəqəmli ədədə vurulması və bölünməsi: 100×3,300:2 və s
2) onluqların birrəqəmli ədədə vurulması və bölünməsi: 50×2,80:4 və.s
Birinci qrup misalların həlli cədvəl halına gətirilir:
100×3 300:3
1 yüzl × 3 = 3 yüzl. 3 yüzl : 3 = 1 yüzl
100× 3= 300. 300:3= 100
Bu misalların həlli yüzlüklərin on dairəsində vurulması və bölünməsinə gətirilir.
2-ci qrup misallarda onluqların vurulması və bölünməsi 100 dairəsində vurma və bölməyə gətirilir. Məs:50× 2= 5 onl.× 2 = 10 onl.= 100
80:4= 8 onl:4= 2onl= 20.
Bu hazırlıqdan sonra şagirdlər yazılı vurma və bölmə alqoritminə keçir.
Yazılı vurmanın təlimi:
1000 dairəsində yazılı vurma aşağıdakı mərhələlər üzrə öyrədilir:
1)mərtəbəni aşmamaqla üçrəqəmli ədədin birrəqəmli ədədə vurulması(132×3)
2)bir mərtəbə vahidini aşmaqla üçrəqəmli ədədin birrəqəmli ədədə vurulması( 214×4)
3) bir mərtəbə vahidini aşmaqla ikirəqəmli ədədin birrəqəmli ədədə vurulması (53×2)
4)bir mərtəbə vahidini aşmaqla birrəqəmli ədədin üçrəqəmli ədədə vurulması( 3×261)
Bu məsələlərə başlamamışdan öncə vurma cədvəli,vurmanın paylama xassəsi, cədvəldənkənar vurma təkrar olunmalıdır. Əvvəlcə onluqu aşmamaqla üçrəqəmli ədədin birrəqəmli ədədə şifahi vurulmasına baxaq: 132×3=(100+100)+(32+32)=396
Sonra müəllim izah edir ki, üçrəqəmli ədədi birrəqəmli ədədə vurmaq üçün səmərəli üsul sütun şəklində yazıb vurmaq lazimdir. 132 × 3
396 burda şagirdlərin diqqəti alınan cavabdakı rəqəmlərə yönəlir:3×2= 6(təklik),3×3=9(onluq),3×1=3( yüzlük).
Bir mərtəbə vahidini aşmaqla üçrəqəmli ədədin birrəqəmli ədədə vurulmasını öyrətmək üçün ədədin onluq tərkibi və vurma cədvəlini təkraralamaq lazımdır. 26 ədədi- 2 onluq 6 təklikdir. Əvvəlcə təkliklər mərtəbəsinin onluğu aşan halına(214×4),sonra isə onluqlar mərtəbəsinin onluğu aşan halına aid misallar həlli öyrədilir(231×4). 231×. 4
924 Bu misalın həlli belə izah olunur ki, “4 dəfə 1 eler 4 və cavab təkliklər mərtəbəsində,4dəfə 3 elər 12 və burda 3 onluq oldyğu üçün cavabda 12onluq alınır. Yəni 12 onl= 100+20 və ya 1 yüzl və 2 onluq. Onluqlar mərtəbəsinə 2 onluq yazirq və 1 yüzlük yadda qalır. 4 dəfə 2 elər 8 yüzlük,1 yüzlükdə üzərinə gəlir olsr 9 yüzlük. Nəticədə,hasil 924 olur. Birrəqəmli ədədin üçrəqəmli ədədə vurulması (3×261) halını öyrətmək üçün vurmanın yerdəyişmə xassəsindən isdifadə etmək lazımdır. Bu misalı həll edərkən vurma əməlini asanlaşdırmaq üçün 261×3 = 783 kimi yazırıq.

Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin