32.Vurma və bölmənin xüsusi hallarının öyrənilməsi metodikası. Vurma və bölmənin cədvəl halları öyrədildikdən sonra bu hallar konkret ədədlər üzrə nəzərdən keçilir:
Sıfıra vurma- a•0=0
Sıfıra bölmə- olmaz
Sıfırı vurma- 0•a=0
Sıfırı bölmə- 0:a=0
100 dairəsində onluqların vurulması və bölünməsi-
10•2=1 onluq•2=20
80:10= 8 onluq : 1 onluq=8
Ədədin 10 a vurulmasında vurmanın yerdəyişmə xassəsindən istifadə olunur: 3•10=10•3=30
Vuruqların yerini dəyişdikdə hasil dəyişməz olaraq qalır. Bölmədə isə bu belə deyil. 0-a bölmənin qeyri-münkünlüyü vurma və bölmə əməlləri arasındaki əlaqəyə istinad edilə bilər. Sıfıra bölmək olmaz.
33.Şagirdin vurma və bölmə əməlləri xassələri ilə tanış edilməsi. Vurma və bölmənin müxtəlif hallarını öyrənməklə,şagirdlər hər əməlin xassələri ilə də tanış olurlar.Bu məqsədlə,müxtəlif üsullar nəzərdən keçirilə bilər.
1.Ədədin cəmə və cəmin ədədə vurulması
2.cəmin ədədə və ədədin cəmə bölməsi
3.fərqin verilən ədədə vurulması və bölünməsi
Məsələn: a ×(b+c) və (b+c)× a
Bu xassələrə aid mətnli məsələlər də həll etmək olar.Məsələn, A və B məntəqələrdən qarşı-qarşıya iki qatar yola düşdü və 7 saatdan sonra görüşdülər.Birinci qatarın sürəti saatda 30 km,ikinci qatar isə 50 km .A və B məntəqəsi arasındakı məntəqəni göstərin.
:1 – ci üsulla həlli. 1) 30 ×7=210(km) – birinci qatarın getdiyi yol
2)50×7=350(km)-ikinci qatarın getdiyi yol
3) 210+350=560(km)
2-ci üsulla həlli: 30+50=80 ikinci qatarın 1 saatda getdiyi yol
80×7=560 km A və B məntəqəsi arasındakı məsafə
34.Vurma və bölmə əməllərinin cədvəldənkənar hallarının öyrədilməsi metodikası. Bu mövzunun öyrədilməsi məqsədləri aşağıdakılardır.
1.100 dairəsində şifahi vurma və bölmənin aşağıdakı hallarına dair hesablama üsullarının formalaşdırılması:
a)ikirəqəmli ədədin birrəqəmli ədədə vurulması və bölünməsi.
b)birrəqəmli ədədin ikirəqəmli ədədə vurulması.
c)ikirəqəmli ədədin ikirəqəmli ədədə bölünməsi.
2.Cəmin ədədə vurulması və bölünməsi,vurmanın yerdəyişmə və qruplaşdırma xassələrinin izah edilməsi.ikirəqəmli ədədin mərtə toplananları verilən ədədə bölünür.Məsələn:72÷4=(70+2)÷4
Bölünəni əlverişli toplananların cəmi şəklində yazmaq üçün əvvəlcə bölənin misilləri sayda onluq ayırmaq və qalan ədədi isə ikinci toplanan kimi götürmək lazımdır.Məsələn; 96÷8=(80+16)÷8 və ya 84÷7=(70+14)÷7
III-IV siniflərdə şagirdlər cədvəldənkənar bölmə hallarında çətinlik çəkirlər və onlar yazılı bölmədən istifadə edirlər.Burada xüsusi üsulları tətbiq edəndə müəllimin rəhbərliyi ilə həll edilir.
1.hasili ikirəqəmli olmaqla,ikirəqəmli ədədin birrəqəmli ədədə vurulması.
2.qismət ikirəqəmli olmaqla,ikirəqəmli ədədin birrəqəmli ədədə bölünməsi hallarının öyrədilməsi metodikasını şərh etmək.Burada vurma və bölmə əməlinin doğruluğunu yoxlanması öyrədilir:
a)vurmanın doğruluğu-vurma və bölmə əməlləri vasitəsilə
b) bölmənin doğruluğu-bölmə və vurma əməlləri vasitəsilə
Sonrakı mərhələdə-qismət birrəqəmli ədəd olmaqla,ikirəqəmli ədədin ikirəqəmli ədədə bölünməsi halı nəzərdən keçirilir.
Vurma və bölmə əməllərinin yoxlanmasına xidmət edən 72÷24,51÷17,84÷21 kimi misallar həll edilir.Bu kimi misallar sınaq metodu ilə həll edilir.Yəni elə qismət tapılmalıdır ki,onu bölənə vurduqda bölünən alınmalıdır.
Cədvəldənkənar bölmədə 3 yanaşmanın tətbiq edilməsi didaktik əhəmiyyətə malikdir.
1.ədədin onluq tərkibinə dair biliklər əsasında qismətin tapılması,
2.Seçmə üsulu ilə qismətin tapılması
3.bölünənin əlverişli toplananların cəmi şəklində göstərilməsi.
S
eçmə üsulu ilə qismət taparkən şagird “təxmini” qismətdən də istifadə edir və bu da onu düzgün cavabın alınmasına istiqamətləndirir.100 dairəsində cədvəldənkənar vurma və bölmə əməllərinin bütün hallarını nəzərdən keçirdikdən sonra,həm şifahi,həm də yazılı çalışmalar yerinə yetirlir.Cədvəldənkənar vurma və bölməyə aid şifahi hesablama vərdişlərinin formalaşdırılması IV sinifdə yazılı hesablama vərdişlərinin yaradılmasında mühüm rol oynayır.Cədvəldənkənar vurmaya aid çalışmalar yerinə yetirilərkən,vurmanın cədvəl hallarını da müntəzəm olaraq təkrarlamaq lazımdır.