36.1000 dairəsində şifahi və yazılı toplama və çıxma əməllərinin öyrədilməsi metodikası. 1000 dairəsində hesab əməllərinin öyrədilməsinin ilk mərhələsində şifahi hesablamaya xüsusi diqqət verilir. 1000 dairəsində şifahi toplama və çıxmada cəmin ədədə əlavə olunması, ədədin cəmə əlavə olunması, cəmin cəmə əlavə olunması və çıxmanın uyğun hallarına dair əməllərin xassələrindən istifadə olunur. 1000 dairəsində toplama və çıxmanın öyrənilməsi prosesində şagirdlərin yüz dairəsində qazandıqları biliklərə istinad edilir.
1000 dairəsində şifahi toplama və çıxma halları birgə nəzərdən keçirilir.Hazırlıq mərhələsində nömrələnmə ilə bağlı olan biliklərdən istifadə olunur.Məs; 600+30, 720+8, 766-6
Əvvəlcə toplama əməli cəmin ədədə əlavə olunması (a+b) +c, çıxma əməli isə cəmdən ədədin çıxılması (a+b)-c xassələrinə aid çalışmalarla yerinə yetirilir.Məs; 460+300, 560-300
İkinci mərhələdə cəmin ədədə əlavə olunmasına aid çalışmalar və ədəddən cəmin çıxılmasına aid çalışmalar yerinə yetirilir.Məs; 500+130, 70+80, 700-350 ,560-140
1000 dairəsində şifahi toplama və çıxmadan sonra yazılı toplama və çıxma öyrədilir.Yazılı hesablamaya keçərkən şifahi hesablamaya aid biliklərdən istifadə olunmalıdr.Yazılı hesablamaya aid misallar həllində şagirdlər hər bir adımı izah etməyi ,əsaslandırmağı bacarmalıdır.Yazılı toplama və çıxma zamanı ədədlər sütün şəklində yazılır və hesablanır.Şagirdlər üçün yazılı toplama və çıxmanın çətin olan halları mərtəbə vahidini (onluğu ) aşmaqla toplama və çıxmadır.1000 dairəsində yazılı toplama və çıxmanı bu mərhələlər üzrə aparmaq olar.
1)Təkliklərin cəmi 10-a bərabər olan üçrəqəmli ədədlərin toplanması
316+244= 560 ( Misalı sütün şəklində yazarsız !)
Misalın izahı belə olmalıdır :
(300+10+6)+(200+40+4)= 500+50+10=560
2)təkliklərin cəmi və onluqların cəmi 10-a bərabər olan üçrəqəmli ədədlərin toplanması
427+373=800 (misalı sütün şəklində yazın)
İzahı (400+300)+(20+70)+(7+3)= 700+90+10=700+100=800.
3) təklik mərtəbələrinin cəmi 10-dan böyük olan üçrəqəmli ədədlərin toplanması:
428+254=682 (misalı sütun şəklində yazın)
Həllin izahı : 8 təkliyin üstünə 4 təklik əlavə etdikdə 12 təklik alınır.12 təklk 1 onluq və 2 təklikdi.2 təkliyi təkliklər xanasında yazıb, 1 onluğu yadda saxlayırıq. 2onluğun üstünə 5 onluq gəlib, alınan 7 onluğu yadda qalan bir onluğa da əlavə etsək, 8 onluq alarıq və 8 -i onluqlar xanasında yazırıq.4 yüzlüklə 2 yüzlüyün cəmi olan 6 yüzlüyü isə yüzlüklər xanasında yazırıq
Yazılı çıxmada şagirdlərin buraxdığı səhvlər ən çox onluğu aşmaqla çıxmada, xususən azalanın mərtəbələrindən biri və ikisi sıfır olduqda baş verir.Bunun qarşısını almaq üçün işi mərhələlər üzrə aparmaq lazımdır.
1 ci mərhələdə sıfırla toplama,çıxma ,vurma,bölmə halları təkrar edilir.Məs: 6+0=6,6-0=6,0+5=5,0+0=0,0×3=0,0÷4=0
2ci mərhələdə azalanın təklik mərtəbəsi sıfır olan halla aid misal həll edilir.Məs:
670-438 = 232 (Misalı sütün şəklində yazın)
Misalın izahı: 0 dan 8 təklik çıxmaq olmaz ona görə 7 onluqdan 1 onluq götürüb 0 -a əlavə edirik və 10 təklik alırıq. 7 onluqdan bir onluq götürdüyümüz üçün 7 rəqəminin üstündə nöqtə qoyuruq.10 təklikdən 8 təklik çıxdıqda alınan 2 çəkliyi təkliklər xanasında yazırıq.6 onluqdan 3 onluq çıxsaq ,alınan 3 onluğu onluq xanasında yazırıq.6 yüzlükdən 4 yüzlük çıxsaq alınan 2 yüzlüyü yüzlük xanasında yazırıq.Azalanın onluq mərtəbəsi sıfır olan hal üçündə bu üsuldan istifadə edirik.