1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları



Yüklə 1,05 Mb.
səhifə32/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   28   29   30   31   32   33   34   35   ...   88
RTM KONSPEKT-1

Anlayışın tərifi və və növləri.


Anlayış öyrənilən obyektin mühüm xassələrinin inikas olunduğu təfəkkür formasıdır. Anlayış, əsas və ən yüksək təfəkkür formasıdır. Digər elmlər kimi, riyaziyyatın da özünə məxsus anlayışları vardır. Ədəd, çoxluq, funksiya, çoxüzlü və s. riyazi anlayışlardır. Riyazi anlayışların da mənşəyi maddi aləmdəki cisimlər və hadisələrdir. Hər bir anlayışa bir ad verilir, başqa sözlə hər bir anlayış bir sözlə (terminlə) ifadə olunur. Hər bir anlayış özünün iki cəhəti ilə səciyyələnir. Bunlardan biri anlayışın malik olduğu əlamətlər çoxluğudur, buna anlayışın məzmunu deyilir. Digəri isə anlayışın əhatə etdiyi obyektlər çoxluğudur. Buna anlayışın həcmi deyilir.

Anlayışın məzmununu müəyyən etmək üçün onun mühüm xassələrini göstərmək lazımdır. Bunu anlayışın tərifində göstərirlər. Anlayışın hər biri ayrılıqda zəruri, hamısı birlikdə kafi olan bütün əlamətlərinin (xassələrinin) əlaqəli cümlələr şəklində təsviri (ifadəsi) anlayışın tərifi adlanır. Anlayışın tərifində artıq söz olmamalıdır. Tərif dedikdə adətən:

1) fərqləndirmək, axtarmaq, tələb olunan obyekti qurmaq;

2) elmə artıq daxil edilmiş, terminin əhəmiyyətini dəqiqləşdirmək, həmçinin, yeni daxil edilən terminin əhəmiyyətini formalaşdırmağa imkan verən məntiqi priyom başa düşülür.

Ən çox istifadə edilən təriflər aşağıdakılardır:


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin