1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları.
Riyaziyyatın tədrisi metodikası-tədris fənni kimi riyaziyyat haqqında və müxtəlif yaş qruplarından olan şagirdlərə riyaziyyat təlimi prosesinin qanunauyğunluqları haqqında elmdir.
RTM-in vəzifələri.
Riyaziyyat tədrisi metodikasının qarşısında aşağıdakı vəzifələr durur:
1. Riyaziyyatın öyrənilməsinin konkret məqsədlərini və orta məktəbdə tədris fənninin məzmununu müəyyən etmək;
2.Qarşıya qoyulan məqsədlərin əldə edilməsinə istiqamətlənən və rasional təlim üsulları və təşkilat formaları işləyib hazırlamaq;
3. Təlimin zəruri vasitələrini nəzərdən keçirmək və tədris praktikasında onların tətbiq edilməsinə aid tövsiyələr işləyib hazırlamaq.
Riyaziyyat təlimi metodikası; Kimi öyrədirik? Nə üçün öyrədirik? Nəyi öyrədirik? Necə öyrədirik?-suallarına cavab verməlidir.
Kimi öyrədirik?-sualına cavabda uşaqlara riyaziyyatın elementlərini, riyaziyyatın sistematik kursunun təliminə, riyaziyyat təhsilinin ixtisaslaşmasının həyata keçirilməsinə və s. başlanılacaq yaşın bilinməsi nəzərdə tutulur .
Nəyi öyrədirik?-sualı riyaziyyat təliminin məzmununu yəni, bilik, bacarıq, fəaliyyət üsulları müəyyən etməyi tələb edir.
Necə öyrədirik?-sualının cavabı riyaziyyat təliminin metodları, vasitələri, formalarının aşkar edilməsini nəzərdə tutur.
Nə üçün öyrədirik?-sualı tədqiqatçıları riyaziyyat təliminin məqsədlərini aydınlaşdırmağa istiqamətləndirir.
Dostları ilə paylaş: |