1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları



Yüklə 1,05 Mb.
səhifə8/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   4   5   6   7   8   9   10   11   ...   88
RTM KONSPEKT-1

6) Estetik funksiya. Riyaziyyat müəyyən estetik potensiala malikdir. Ondan şagirdləri gözəlliyə cəlb etmək, estetik zövq və təəssüratlar tərbiyə etmək üçün istifadə olunmalıdır. Riyazi obyektin estetik cazibədarlığının riyazi modeli Q.Bırkhof tərəfindən verilmişdir.

Riyaziyyat təliminin bütün funksiyaları bir-biri ilə əlaqəlidir. Riyaziyyat təlimi öz funksiyalarım həyata keçirərkən təlimin bütün məqsədlərinin, əldə edilməsini təmin edir.

Təhsilin məzmununa aşağıdakılar daxildir:

1) Təbiət, cəmiyyət, təfəkkür, texnika, fəaliyyət üsulları haqqında biliklər sisteminin mənimsənilməsi şagirdin şüurunda dünyanın düzgün mənzərəsinin formalaşmasını təmin edir, idrak və praktik fəaliyyətə düzgün metodoloji yanaşma ilə silahlandırır;

2) Konkret fəaliyyətlər çoxluğunun əsasını təşkil edən və gənc nəsli mədəniyyəti saxlamaq qabiliyyəti ilə təmin edən ümumi intellektual və praktik vərdişlər və bacarıqlar sistemi;

3) İnsanlığın tədricən ictimai-praktik fəaliyyətinin inkişafı prosesində əldə etdiyi təcrübə, mədəniyyəti daha da inkişaf etdirmək qabiliyyət ilə təmin edən yaradıcı fəaliyyət təcrübəsi və onun əsas xassələri:

4) Bilik və bacarıqlarla birlikdə inam və ideaya, şəxsiyyətdə dəyərlər sisteminin formalaşmasına şərait olan dünyaya, biri-birinə emosional iradi münasibətlər təcrübəsi.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin