2) Tərbiyə funksiyası. Bu funksiyanın mahiyyəti şagirdlərdə dünyagörüşün, təfəkkürün, riyaziyyatın insan mədəniyyətinin bir hissəsi olması haqqında təsəvvürlərin, riyaziyyatın ətraf aləmi əks etdirməsinin xarakterini anlamağın formalaşmasından ibarətdir Təlimin tərbiyə funksiyasının həyata keçirilməsi şəxsiyyətin intellektual və mənəvi-etik komponentlərinin formalaşmasına istiqamətlənməsini nəzərdə tutur.
3) İnkişaf funksiyası. İdrakda psixi proseslərin və şəxsiyyətin keyfiyyətləri (diqqət, yaddaş, təfəkkür, idrak fəallığı və müstəqilliyi) və qabiliyyətlərinin şagirdlərdə formalaşmasından ibarətdir. Təlimin inkişaf funksiyasına Fikri fəaliyyətin məntiqi priyomlarının (analiz, sintez, ümumiləşdirmə, mücərrədləşdirmə və s.) formalaşması aiddir. İnkişaf funksiyası təlim prosesində bir elm kimi riyaziyyatın, xüsusən, yaradıcı riyazi fəaliyyətin xüsusiyyətləri ilə əlaqədar potensial imkanlarının açıqlanması və həyata keçirilməsinə istiqamətlənməyi nəzərdə tutur. Məhz riyaziyyatın real aləmlə əlaqəsinin xüsusiyyətləri, riyazi əsaslandırmanın, dilin, riyaziyyat tarixinin xüsusiyyətləri şəxsiyyətin mənəvi və intellektual təşəkkülü və inkişafını təyin edir.