1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları



Yüklə 1,05 Mb.
səhifə7/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   2   3   4   5   6   7   8   9   10   ...   88
RTM KONSPEKT-1

4) Evristik funksiya. O, təlim prosesində şagirdin qabiliyyətlərinin inkişafını təmin edən şəraitin müəllim tərəfindən yaradılmasını nəzərdə tutur. Təlim prosesində şagird şəxsiyyətinin inkişafı üçün müəllimin yaratdığı şəraitin mühüm əhəmiyyəti vardır. Müxtəlif növ evristikaların, evristik priyomların, idrak metodlarının mənimsənilməsi və onların müxtəlif konkret situasiyalarda tətbiq edilməsi bacarıqlarına yiyələnmənin təmin edilməsi evristik funksiyaya aid edilir.

5) Proqnostik funksiya. Riyaziyyat təliminin bu funksiyası faktların açıqlanması onların əsaslandırılması, müxtəlif əsaslandırma üsullarının təhlili prosesinə şagirdin cəlb edilməsini nəzərdə tutan evristik və inkişaf funksiyalarının gücləndirilməsi ilə əlaqədardır. Şagirdlərdə proqnostik bacarıqların formalaşması məsələ həlli üsullarının axtarılması oblastını əhəmiyyətli dərəcədə azaldır, onlardan şüurlu şəkildə ən rasionalını seçməyə imkan verir. Həll edilməmiş problemləri müəyyən etmək bacarığı, fərziyyələr irəli sürmək, təfəkkürün genişliyi və çevikliyi, problemin alternativ həllini görmək bacarığı və təhsilli adamın bir çox digər xarakteristikaları təlimdə proqnostik funksiya vasitəsilə ifadə edilir.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin