Müasir təlimin prinsipləri aşağıdakılardır:
Şəxsiyyətə yönəlmiş təlim prinsipi
Fəal idrak prinsipi.
İnkişafedici təlim prinsipi.
“Qabaqlayıcı təlim” prinsipi
Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi
Əməkdaşlıq prinsipi
Dialoji təlim prinsipi
1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi. Şagirdin fəallaşması üçün ilk növbədə onun bir şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməsi vacibdir. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona hörmət əsasında münasibət göstərilməlidir.