Son vaxtlar informasiyaların alınması, saxlanılması, çevrilməsi, ötürülməsi və istifadə edilməsini öyrənən informatikanın inkişafı ilə əlaqədar onun riyaziyyat təlimi metodikasına təsiri güclənir. Bir tərəfdən, bu təsir müəyyən təfəkkür tərzinin formalaşması, bir dildən digər dilə çevrilmə təlimi, kompüterdən istifadə edilməsi ilə əlaqədar bir sıra problemlər yaradır, digər tərəfdən isə-metodika riyaziyyat təlimi səmərəsinin yüksəldilməsinə xidmət edən yeni səmərəli vasitə və hətta informasiya texnologiyaları alır.