2. Riyaziyyat tədrisi metodikasının digər elmlərlə əlaqəsi.
Riyaziyyat təlimi metodikası fəlsəfə, riyaziyyat, psixologiya, pedaqogika, məntiq, informatika, riyaziyyat tarixi və fiziologiya kimi elmlərlə əlaqəlidir.
Fəlsəfə ilə əlaqəsi.
Fəlsəfə, xüsusən, onun tərkib hissəsi olan idrak nəzəriyyəsi metodik tədqiqatlarda və riyaziyyat təlimində istifadə olunur. Elmi idrak metodları-analogiya, ümumiləşdirmə, konkretləşdirmə, mücərrədləşdirmə və s.riyaziyyat təlimində də geniş istifadə olunur. Hətta ilk baxışda riyaziyyat təlimi metodikasından tamamilə uzaqda olan fəlsəfi müddəalar səciyyəvi riyazi fəaliyyətin əsasında durur. Fəlsəfənin “inkarı inkar qanunu” qurma məsələləri həllinə uyğundur.
Metodik problemlərin həllinə dialektik yanaşma riyazi təhsilin məqsədi və məzmunu arasındakı münasibəti müəyyən etməyə imkan verir. Fəaliyyətli yanaşma bilik böhranını aradan qaldırır. İnformasiya bilikləri fəaliyyət bilikləri tərəfindən inkar edilir. Biliklərin fəaliyyət konsepsiyası anlayışların formalaşması, isbat təlimi və məsələ həlli probleminin həllini hərəkətə gətirir.