1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları



Yüklə 1,05 Mb.
səhifə31/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   27   28   29   30   31   32   33   34   ...   88
RTM KONSPEKT-1

Anlayışın bölgüsü və təsnifatı.


Bir anlayışın həcmini təşkil edən növləri göstərməyə bölgü deyirlər. Tərif anlayışı məzmunca açır, müəyyənləşdirir. Bölgü isə anlayışın həcmini açır, həcmcə hansı növlərdən əmələ gəldiyini göstərir. Məsələn: “Natural ədəd” anlayışını götürək. “Sadə ədədlər”, “mürəkkəb ədədlər” və “1” (vahid) ədədi birlikdə natural ədədlər çoxluğunu əhatə edir. Biz burada “natural ədədlər” anlayışını böldük, təsnif etdik, həcmcə hansı növlərdən əmələ gəldiyini göstərdik. Burada bölgü, natural ədədlərin bölənləri sayına görə aparıldı.

Anlayışı həcmcə növlərə ayırmaq üçün götürülən əlamətə bölgünün əsası deyirlər. Yuxarıdakı misalda bölgünün əsası natural ədədin bölənləri sayıdır. “Natural ədədlər” anlayışını onların 2 ədədinə bölünüb-bölünməməsi əlamətinə görə təsnif etsəydik onda “tək ədəd”, “cüt ədəd” anlayışları alınardı.

Deməli, bir anlayışı müxtəlif əsasa görə bölmək olar. Riyaziyyat təlimində bölgü də tərif kimi mühüm rol oynayır. Belə ki, anlayışların biri-birilə əlaqəsini müəyyən etmək, şagirdlərdə bilik sistemi yaradır. Odur ki, anlayışların bölgüsünü düzgün təlim etmək üçün müəllim bölgü qaydalarını bilməli və təlimdə düzgün tətbiq etməlidir. Həmin qaydalar bunlardır.

I Qayda. Bir anlayışı növlərə böldükdə alınan növlərin cəmi həcmcə bölünən anlayışa bərabər olmalıdır.

II Qayda. Hər .bölgünün eyni zamanda ancaq bir əsası olmalıdır.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin