4. Riyaziyyat təlimində əyanilik prinsipi.
Əyanilik prinsipinin nəzəri əsasını ilk dəfə çex pedaqoqu Yan Amos Komenski vermişdir.
Didaktikada əyanilik prinsipi bir məqsəd kimi deyil, şüurlu, əyani, möhkəm təlim və öyrənilmənin yolu kimi başa düşülür. Aşağı siniflərdə əyanilikdən istifadə edilməsi daha zəruri və əhəmiyyətlidir. Yuxarı siniflərə getdikcə onun əhəmiyyəti qalmaqla növləri və istifadə edilməsi yolları bir qədər dəyişilir.
Təlim prosesində əyaniliyin idrak yükü çox mənalıdır. Əyani surətlərdə konkret hadisələrin, bizi əhatə edən aləmin cisimlərinin müxtəlifliyi əks olunur; əyanilik dərketmə fəaliyyətini asanlaşdırır və təchiz edir yəni o, şagirdlərin canlı gerçəkliyin qavranmasını və müşahidə edilməsini təşkil edir: əyaniliyin yaratdığı canlı assosiasiyalar uzun müddət yadda qalır; o, təxəyyülün yaranmasına kömək edir, deməli, yaradıcı fəallığa yardım göstərir, əyanilik ümumiləşdirmələrə də kömək edir; təlimin inkişafetdirici vəzifəsinin yerinə yetirilməsində də əyaniliyin rolu böyukdür; o, şagirddə müşahidəçiliyi, təfəkkürü, təxəyyülü inkişaf etdirir, fəallığını artırır, öyrənməyə olan marağın inkişafına kömək edir; əyanilik mənimsəməni yüksəldir. Əyanilikdən bacarıqla istifadə edilməlidir, əks halda o, şagirdləri əsas məsələnin həllindən yayındırar.
Dostları ilə paylaş: |