4. Riyaziyyat təliminin ənənəvi prinsipləri.
Riyaziyyat təliminin prinsipləri aşağıdakılardır:
Riyaziyyat təlimində elmilik prinsipi;
Riyaziyyat təlimində şüurlu mənimsəmə, fəallıq və müstəqillik prinsipi;
Riyaziyyat təlimində sistematiklik və ardıcıllıq prinsipi;
Riyaziyyat təlimində əyanilik prinsipi;
Riyaziyyat təlimində fərdi yanaşma prinsipi;
1. Riyaziyyat təlimində elmilik prinsipi.
Elmi biliklərin istehsal, idarəetmə, xidmət və mədəniyyət dairələrində tətbiqinin genişləndiyi indiki zamanda təlimin elmilik prinsipi xüsusi əhəmiyyət kəsb edir. Orta məktəbdə təlimin elmilik prinsipi demək olar ki, bütün təlim fənlərinin strukturunu və məzmununu nəzərdən keçirib dəyişdirməyi tələb edir. Bu prinsip əsasında hər bir fənnin məzmununda elmin əsas inkişaf istiqamətlərini əks etdirən və eyni zamanda müvafiq yaşda olan uşaqların başa düşə biləcəyi aparıcı ideyalar tətbiq edilməlidir. Bu, məsələn, riyaziyyatda hesab ilə cəbr arasındakı rabitəsizliyin aradan qaldırılması, materialın öyrənilməsində funksional yanaşmanın daha ardıcıl şəkildə həyata keçirilməsi və texnikada daha çox əhəmiyyəti olan anlayışlara və üsullara (koordinatlar metodu, törəmə, inteqralın tətbiqləri) geniş yer verilməsində ifadə olunur. Təhsilin məzmununun elmiliyi dedikdə onun aşağıdakı üç əlaməti ödəyən keyfiyyət xarakteristikası başa düşülür:
1. Təhsilin məzmununun elmin müasir səviyyəsinə uyğun olması;
2. Elmi idrakın ümumi üsulları haqqında şagirdlərdə düzgün təsəvvürlərin yaradılması;
3. İdrak prosesinin mühüm qanunauyğunluqlarının göstərilməsi.
Dostları ilə paylaş: |