1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Riyaziyyat təlimində təriflərin öyrədilməsi



Yüklə 1,05 Mb.
səhifə34/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   30   31   32   33   34   35   36   37   ...   88
RTM KONSPEKT-1

7.Riyaziyyat təlimində təriflərin öyrədilməsi


Təriflər. Riyaziyyatda öyrənilən anlayışlara tərif verilir.

Tərifdə anlayışın məzmunu açılır, yəni onun mühüm əlamətləri göstərilir.Elə hesab edilə bilər ki, əşyanın bütün mühüm əlamətlərini sadalanması, əşyalara tərif verməyin sadə və təbii üsulu olar. Lakin hər bir əşyanın bir çox əlamətləri olduğundan bu tərif üsulu çətinlik yaradır. Tərifi verilən anlayış bu anlayışın tabe olduğu, yəni onun həcminin bir hissəsini təşkil edən daha geniş anlayışa gətirilir. Sonra isə tərifi verilən həm geniş anlayışa tabe olan, həm də onun həcminə daxil olan digər anlayışlardan fərqləndirən əlamətlər göstərilir. Belə tərif üsulu yaxın cins və növ fərqi ilə verilən tərif adlanır.

Tərifin məntiqi baxımdan düzgün olması üçün ona anlayışın yalnız zəruri əlamətləri daxil edilməli, həm də bütün əlamətlər çoxluğu anlayışı xarakterizə etmək üçün kafi olmalıdır. Məsələn,paraleloqrama “Qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlıya paraleloqram deyilir” kimi tərif veririk. Sadalanan əlamətlərdən heç olmazsa birinin kənar edilməsi anlayışın həcmini genişləndirir, belə ki, hər bir əlamət zəruridir. Məsələn, tərifdə “dördbucaqlı” sözü deyilməsə onda düzgün altıbucaqlının da qarşı tərəfləri cüt-cüt paralel olduğundan tərif düzgün altıbucaqlıya aid olar. Əgər tərifə sadalanan əlamətlərdən asılı olmayan əlamət daxil edilərsə, onda anlayışın həcmi azalar. Əgər tərifə sadalanan əlamətlərdən alınan əlamət daxil edilərsə, onda anlayışın həcmi dəyişməsə də, belə əlamətin daxil edilməsi artıqdır. Məsələn, paraleloqramın tərifinə “qarşı tərəfləri bərabər olan” və ya “qabarıq dördbucaqlıya” kimi ifadələrin daxil edilməsinə ehtiyac yoxdur. Belə ki, bu əlamətlər tərifdəsadalanan əlamətlərdən alınır. Beləliklə, ciddi qurulan tərifəverilən tələblərə anlayışın hər bir əlamətinin digərlərindən asılı olmaması daxil edilir.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin