1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Empirik metodlar-müşahidə, təcrübə və ölçmələr



Yüklə 1,05 Mb.
səhifə37/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   33   34   35   36   37   38   39   40   ...   88
RTM KONSPEKT-1

10. Empirik metodlar-müşahidə, təcrübə və ölçmələr.


Müşahidə, təcrübə və ölçmələr-eksperimental təbiət elmlərində istifadə edilən empirik metodlardır. Riyaziyyat eksperimental elm deyil, aydındır ki, təcrübi nəticələr onun təkliflərinin doğruluğu üçün kafi əsas ola bilməz. Belə ki, əgər riyaziyyatı hazır, artıq qurulmuş deduktiv nəzəriyyə kimi anladıqda şübhəsiz, bu doğru, lakin riyaziyyatı fikri fəaliyyət kimi anladıqda isə bu səhvdir. Sonuncu halda-deduktiv nəzəriyyə riyaziyyatın yalnız bir fazasıdır. Lakin onun daha iki fazası–deduktiv nəzəriyyədən əvvəl gələn faktların toplanması (təcrübi, intuitiv) fazası və ondan sonra gələn tətbiq fazası vardır. Bu iki fazanın məxsusən riyazi və ya “riyaziyyat ətrafı” faza hesab edilməsindən asılı olmayaraq təlim üçün heç də deduktiv nəzəriyyənin özündən az əhəmiyyətli deyildir: birincisi bu nəzəriyyəni başa düşmək, ikincisi isə ona bəraət qazandırmaq üçün müşahidə, təcrübə və ölçmələr təlim prosesində xüsusi situasiyaların yaradılmasına və şagirdlərə aşkar qanunauyğunluqları, həndəsi faktları, isbat ideyalarını və s. çıxarmaq imkanları verilməsinə istiqamətlənməlidir. Çox vaxt müşahidə, təcrübə və ölçmələrin nəticəsi yeni həqiqətlərin tapılmasını həyata keçirməyə kömək edən induktiv nəticələrin mühakimələrini əmələ gətirir. Ona görə də müşahidə, təcrübə və ölçmələr həm də təlimin evristik üsuluna, yəni ixtiralara imkan yaradan üsula aid edilir.

Həndəsi xassəni müəyyən etməyə və onun isbat yolunu göstərməyə imkan verən təcrübənin tətbiqinə aid bir misalı nəzərdən keçirək. Şagirdlər transportirin köməyi ilə bucaqları ölçməyi öyrəndikdən sonra verilmiş üçbucağın bucaqları cəminin 180°-yə bərabər olmasını eksperimental yolla müəyyən edə bilərlər. Şagirdlərə dəftərlərində çəkdikləri üçbucağın bucaqlarını ölçmək və ölçmədən alınan nəticələri toplamaq təklif edilir. Bəzi şagirdlərdə üçbucağın bucaqları cəmi 180°-dən kiçik, digərlərində 180°-dən böyük, lakin hamıda nəticə 180° ətrafında olacaqdır. Şagirdlər hiss edirlər ki, nəticə 180° olmalıdır, digər nəticələrin ölçmələrdə yol verilən xətalarla əlaqədar olduğunu başa düşürlər. Beləliklə, şagirdlər ümumi nəticə çıxarırlar: “Hər bir üçbucaqda daxili bucaqların cəmi 180°-yə bərabərdir”.

Müşahidə biliyə əsaslanır. Yəni müşahidəçinin müşahidə edilən obyekt haqqında biliyi nə qədər çox olsa, onu daha tam, hərtərəfli və məzmunlu qavrayar. Ancaq, yaxşı müşahidə qabiliyyətinə malik olmaq üçün təkcə bilik azdır. Bundan əlavə müşahidə üsullarını bilmək zəruridir. Şagirdlərdə müşahidə qabiliyyətini inkişaf etdirmək məqsədilə xüsusi növ çalışmalar tərtib etmək və bunların əsasında biliklərin mənimsənilməsi prosesində onlarda müşahidənin səmərəli üsullarını formalaşdırmaq lazımdır.

Təcrübə göstərir ki, müşahidəçilik qabiliyyətini tərbiyə etmək üçün cəbrdən zəruri olan çalışmaların aşağıdakı növlərindən istifadə etmək məqsədəuyğundur:

1.Müəyyən əlamətlərə görə nəyi isə tapmaq, ayırmaq və dərk etmək lazım gələn axtarış xarakterli çalışmalar. Məsələn

2. İki və daha çox obyektin müqayisəli təhlilinə aid çalışmalar. Məsələn.



3. Verilmiş və ya əvvəlcədən məlum olan obyektlərin xassələrini qavramaq yolu ilə onların yeni əlaqə və münasibətlərə daxil edilməsinə aid çalışmalar.

Məsələn, ardıcıllıq anlayışının funksiya kimi təyin edilməsi məsələsini götürək. ədədlər çoxluğunda istənilən n ədədinə yeganə bir ədəd uyğun gəldiyi müşahidə edilir və onun təyin oblastının natural ədədlər çoxluğu olması nəticəsi çıxarılır.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin