11.Riyaziyyat təlimində müqayisə və analogiya təlim metodu kimi.
Müqayisə və analogiya-təfəkkürün məntiqi priyomları
olaraq həm elmi tədqiqatlarda, həm də təlimdə geniş istifadə
olunur. Analogiya - yunan sözüdür mənası uyğunluq , bənzəyis deməkdir.
Müqayisədən fərqi uyğun , bənzər , oxşar olan əlamətləri araşdırmqdan ibarətdir .
Müqayisənin köməyi ilə müqayisə olunan əşyaların oxşar və fərqli xassələri müəyyən edilir. Məsələn, üçbucaq və dördbucaqlının müqayisəsi onların ümumi xassələrini: tərəflər, təpələr, bucaqların olmasını, təpələr və bucaqların sayı qədər tərəflərin olmasını, həmçinin fərqli xassələrin üçbucaqda üç təpənin (tərəfin), dördbucaqlıda isə dörd təpənin (tərəfin) olmasını müəyyən etməyə kömək edir.
Müqayisədə aşağıdakı şərtlər gözlənildikdə düzgün nəticə
almaq mümkündür:
1) müqayisə olunan anlayışlar bircins olmalıdır;
2) müqayisə mühüm əhəmiyyəti olan əlamətlər üzrə aparılmalıdır.
Göstərilən müqayisədə bu şərtlər gözlənilir.
Belə ki, üçbucaq və dördbucaqlı-bircins anlayışlardır
(çoxbucaqlı olduğuna görə). Burada müqayisə mühüm əlamətə görə aparılmışdır.
Müqayisə şagirdlərin idrak fəaliyyətində əsas üsullardan biri hesab olunur. İ.M.Seçenov müqayisəetmə qabiliyyətini insanın ən qiymətli əqli keyfiyyəti hesab edirdi.
Müqayisə üsulundan istifadə etməyi şagirdlərə öyrədərkən aşağıdakı iki cəhət əsas götürülməlidir:
1. Şagirdlərin mənimsədikləri biliklərin şüurlu və əsaslı olmasını təmin etmək məqsədilə müqayisəyə aid şagirdlərə nümunələr vermək,
2. Şagirdləri müstəqil müqayisə aparmağa alışdırmaq.
Müstəqil müqayisə etmək bacarığının formalaşdırılmasında mühüm cəhət, müqayisə edilən obyektlər arasındakı oxşar və fərqli cəhətlərin ayırd edilməsi üzrə işin düzgün təşkilidir.
Bu məqsədlə evristik müsahibədə: “Bu iki obyekt bir-birindən nə ilə fərqlənir?”. “Bu iki obyekt arasında oxşarlıq nədədir?” kimi suallardan tez-tez istifadə edilə bilər.
Müqayisənin üç növünə:
a) obyektlər arasındakı oxşar cəhətlərin aşkar edilməsi;
b) obyektlər arasındakı fərqli cəhətlərin tapılması;
c) obyektlər arasında həm oxşar və həm də fərqli cəhətlərin
tapılması üzrə sadədən mürəkkəbə doğru iş aparılmasına diqqət
yetirmək lazımdır.
K.D.Uşinskı müqayisəni didaktikanın mərkəzi problemlərindən biri hesab etmiş və onu hər cür başa düşmənin əsası adlandırmışdır. “Müqayisə hər bir anlamanın və hər bir idrakın əsasıdır”
Müqayisə analogiyanın (yunan sözüdür, analogiya-uyğunluq, bənzəyiş) tətbiqi üçün əsas hazırlayır.
Müqayisə nəticəsində aşkar edilən əşyaların oxşarlığı analogiyanın köməyi ilə yeni xassələrə aid edilir.
Analogiya üzrə mühakimənin ümumi sxemi aşağıdakı
kimidir.
A-nın a, b, c, d xassələri var;
B-nin a, b, c xassələri var;
Ehtimal ki, B-nin d xassəsi də var.
Çox vaxt kəmiyyətlər arasındakı asılılığa aid və ya həndəsi fiqurların qarşılıqlı vəziyyətlərinə aid artıq məlum olan digər obyektlər arasındakı asılılıqdan və ya digər obyektlərin qarşılıqlı vəziyyətlərindən analogiya üzrə nəticə çıxarılır. Analogiya-oxşarlığa əsasən nəticə çıxarmadır. Analogiya üzrə nəticə çıxarma mühakimə prosesini qısaldır. Lakin təcrübə və intuisiya kimi o da tam etibarlı deyil; o yalnız ehtimal olunan nəticə (fərziyyə) kimi istifadə edilə bilər, Həmin nəticənin (fərziyyə-
nin) doğruluğu isə isbat edilməlidir.
Analogiyanın tamamilə etibarlı nəticələrə gətirən ən dərin növlərindən biri izomorfizm adlanır. İki və ya bir neçə obyektlər sisteminin izomorf olduğunu müəyyən edərək biz bu sistemlərdən biri üçün doğru olan istənilən təklifi digər obyektlər sisteminə köçürə bilərik. Bu zaman, obyektlər sisteminin birini ətraflı öyrənərək, biz bu öyrənməni izomorf obyektlər sistemi üçün aparmaya bilərik. Həndəsi fiqurlar və onların xassələrinin öyrənilməsinin ədədi obyektlər üzərində müəyyən analitik münasibətlərin öyrənilməsinə gətirildiyi Analitik həndəsə buna parlaq misal ola bilər.
Dostları ilə paylaş: |