14. Riyaziyyat təlimində analiz və sintez.
Analiz–məntiqi priyom, tədqiqat metodu olub öyrənilən obyektin fikrən (və ya praktik olaraq) tərkib elementlərinə (əlamətlərə, xassələrə, münasibətlərə) ayrılmasıdır ki, onların da hər biri ayrıldıqda tamın hissələri kimi tədqiq edilir. Çox vaxt düşünmək bacarığını analiz etmək bacarığı ilə əlaqələndirirlər. Riyaziyyatda çox vaxt analiz dedikdə məchuldan (tapılması zəruri olandan), məluma (artıq tapılana və ya verilənə), isbatı zəruri olandan artıq isbat edilənə (və ya doğru qəbul olunana) istiqamətlənən mühakimə başa düşülür. Təlim üçün çox mühüm olan belə anlamda analiz məsələ həllinin, teorem isbatının axtarılması vasitəsidir.
Sintez-ayrı-ayrı elementləri tamda birləşdirən məntiqi priyomdur. Sintez verilənlərə, analizin gedişində alınanlara əsaslanaraq məsələlərin həllini və ya teoremin isbatını verir.
İlk anlamda analiz tamdan bu tamın hissələrinə gedən yol (təfəkkür metodu) kimi, sintez isə hissələrdən tama gedən yol (təfəkkür metodu) kimi nəzərdən keçirilmişdir. Analiz və sintez təlim prosesində özünü ən müxtəlif formalarda göstərir:
- məsələ həllinin metodları;
- teoremlər isbatının metodları;
- riyazi anlayışların xassələrinin öyrənilməsi metodları və s.
Analiz və sintez elmi tədqiqat metodu kimi xüsusi halda tədris materialının öyrənilməsi metodu kimi də özünü göstərir.
Dostları ilə paylaş: |