Təfəkkürün təlimi: Riyaziyyat məsələləri və çalışmaları səmərəliliyi onların həllində şagirdlərin yaradıcı fəallıq dərəcəsindən əhəmiyyətli dərəcədə asılıdır. Məsələ və çalışmaların əsas vəzifələrindən biri də dərsdə şagirdlərin fikri fəaliyyətini aktivləşdirməkdən ibarətdir. Riyaziyyat məsələləri birinci növbədə şagirdlərin fikrini oyatmalı, onu işləməyə məcbur edərək inkişaf etdirməli və təkmilləşdirməlidir. Şagird təfəkkürünün fəallaşdırılmasından danışarkən, yaddan çıxarmaq olmaz ki, riyaziyyat məsələlərinin həll etdikdə şagirdlər yalnız qurmaları və çevrilmələri yerinə yetirmir ifadələri yadda saxlamır, həm də dəqiq təfəkkür təlimi, mühakimə bacarığı, faktları qarşı-qarşıya qoymaq və tutuşdurmaq, onlarda ümumi və fərqli cəhətləri tapmaq, düzgün əqli nəticə çıxarmaq bacarıqları əldə edirlər.