18. Riyaziyyat məsələlərinin həlli üsulları.
Standart və qeyri-standart cəbri məsələlərin həlli metodikası. Məktəb cəbr kursunda müəyyən alqoritmlərlə həll olunan çox sayda standart məsələlər vardır.Lakin standart məsələlər həlli ilə təmin olunan təlim şagirdlərin yaradıcı təfəkkürünün inkişafına kifayət qədər təsir göstərə bilmir.
Standart məsələnin həllinə başlayan şagird: ona təklif olunan məsələnin müəyyən birtipli standart məsələlər sinfinə aid olduğunu dərk etməli, ona məlum olan alqoritmlərdən məhz bu sinif məsələlərin həlli üçün yararlı olanlarını seçmək,sonra isə seçilən alqoritmi verilmiş xüsusi məsələyə düzgün tətbiq etməlidir.Göründüyü kimi həllərin axtarılması bu fəaliyyətə məsələnin həlli artıq mənimsənilmiş hazır resept üzrə alındığından daxil deyildir.
Qeyri standart məsələnin həlli prosesi iki əsas əməliyyatın ardıcıl tətbiqindən ibarətdir: 1) qeyri standart məsələnin digər onunla ekvivalent olan, lakin artıq standart məsələyə gətirilməsi ; 2) qeyri standart məsələnin bir neçə standart alt məsələyə bölünməsi
Qeyri standart məsələlərin xarakterindən asılı olaraq bu əməliyyatın ya birindən ya da hər ikisindən istifadə edirik. Daha mürəkkəb məsələlərin həllində bu əməliyyatlardan bir neçə dəfə istifadə etmək lazım gəlir.
Qeyri-standart məsələlərin həlli metodlarını (cədvəl 1) və onların həllinin axtarılmasını (cədvəl 2) aşağıdakı sxemlərlə göstərmək olar.
Riyaziyyat məsələlərini üç tipə bölünür:
1) Alqoritmik məsələlər,
2) Yarımalqoritmik məsələlər,
3) Evristik məsələlər.
Alqoritik məsələlərə elə məsələlər aid edilir ki, onların həlli üçün alqoritmi olan bilavasitə tərifin, düsturların, isbat olunmuş teoremlərin köməyi ilə həll edilir və öyrənilmiş nəzəri müddəaların və mənimsənilməsi praktik fəaliyyət priyomlarının bazasında bu məsələləri ya alqoritmin köməyi ilə həll etmək zəruridir,və ya alqoritmik köməyi ilə həll etmək yalnız mümkün deyil, həm də məqsədəuyğundur.
Yarımalqoritmik məsələləri həll edərək şagird bilikləri şüurunda böyük bloklarla toplayaraq onları hərəkətə gətirməyi öyrənir. Bu zaman o, mənimmsənilmiş alqoritmləri müxtəlif situasiyalarda tətbiq etməyi öyrənir; beləliklə, öyrənilmiş materialın ümumiləşməsi, məsələ həlli qaydalarının ümumiləşməsi baş verir.
Evristik məsələlərə elə məsələlər aid edilir ki,onların həlli üçün şərt və tələb arasındakı gizli əlaqələri aşkar etmək və ya həll üsulunu tapmaq, həm də şagirdə məlum olan bu üsul bəzi ümumiləşmiş qaydaların aşkar konkretləşməsi deyildir, və ya bunu və digərini etmək zəruridir. Belə məsələləri həll edərkən şagird evristik priyomlar metodlardan istifadə etməlidir.
Dostları ilə paylaş: |