1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Riyaziyyat dərsinin quruluşu, ona verilən tələblər və dərsin növləri



Yüklə 1,05 Mb.
səhifə62/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   58   59   60   61   62   63   64   65   ...   88
RTM KONSPEKT-1

22. Riyaziyyat dərsinin quruluşu, ona verilən tələblər və dərsin növləri


Təlimin təşkili formaları müəllim və şagirdlərin müəyyən qaydada və rejimdə həyata keçirilən birgə fəaliyyətidir. Təlimin təşkili formaları müxtəlif meyarlara əsasən təsnif olunur: şagirdlərin sayına görə, öyrənmə yerinə görə, tədris məşğələlərinin müddətinə görə və s.

Şagirdlərin sayına görə təlimin kütləvi, kollektiv, qrup, kiçik qrup və fərdi təşkilat formaları vardır;

Yerinə görə təlimin məktəb və məktəbdən kənar formaları vardır;

Təlimin müddətinə görə: klassik dərslər (45 dəqiqə), cüt məşğələlər (90 dəqiqə), qısaldılmış cüt məşğələlər (70 dəqiqə), “zəngsiz” dərslər (istənilən müddətdə keçilən dərslər).

Təlimin digər təşkilat formalarından üstünlük təşkil edəni sinif-dərs sisteminin əsas komponenti olan dərsdir. Dərs tədris prosesinin məna, vaxt və təşkili baxımdan bitkin kəsiyidir. Qısa müddətdə keçilməsinə baxmayaraq dərs tədris prosesinin mürəkkəb və məsul mərhələsidir. Dərs anlayışının əsas xüsusiyyətləri onun məqsədi, məzmunu, vasitələri, metodlarının olması və tədris fəaliyyətinin təşkilidir. Bu əsas xüsusiyyətlərin başlıcasını dərsin təhsil, tərbiyə və inkişaf məqsədləri təşkil edir. Dərsin təhsil məqsədinə riyazi bilik, bacarıq və vərdişlərin formalaşdırılması aid edilir. Dərsdə təlim ilə vəhdətdə tərbiyə və şagird şəxsiyyətinin inkişaf etdirilməsi həyata keçirilir. Təlimin tərbiyəedici təsirini gücləndirmək məqsədilə müəllim riyaziyyatın tərbiyələndirici imkanlarını diqqətlə təhlil etməli və hər bir dərsin tərbiyəvi məqsədini ayırmalıdır. Dərsin məqsədinə uyğun olaraq onun məzmunu seçilir. Tədris materialının seçilməsində müəllimə tədris proqramları, dərsliklər, metodik vəsaitlər, didaktik materiallar və s. kömək edir. Müəyyən optimal təlim metodunun seçilməsi mürəkkəb metodik məsələdir. Təlim metodunun seçilməsinə aid aşağıdakı tövsiyələr vardır. “Əgər seçilən metod onun asılı olduğu şərtlərdən heç olmasa birini ödəmirsə, onda metodun seçilməsi optimal deyildir:


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin