1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Riyaziyyat tədrisi metodikasının tədqiqat metodları



Yüklə 1,05 Mb.
səhifə57/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   53   54   55   56   57   58   59   60   ...   88
RTM KONSPEKT-1

20.Riyaziyyat tədrisi metodikasının tədqiqat metodları.


Riyaziyyat tədrisi metodikası öz problemlərinin həllində fəaliyyətli yanaşma; müşahidə; müsahibə; pedaqoji eksperiment; qabaqcıl təcrübənin öyrənilməsi; anketləşdirmə üsullarından istifadə edir.

Tədqiqatların metodoloji əsasını dialektika, sistemli analiz və fəaliyyətli yanaşma təşkil edir.

dialektika” termini iki mənada işlənir. Onlardan biri tədqiqatın təbiət, cəmiyyət və təfəkkürün ən ümumi inkişaf qanunlarına əsaslanmasından ibarətdir. Əksiklərin vəhdəti və mübarizəsi, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi, inkarı inkar dialektikanın əsas qanunlarıdır. Dialektikanın ikinci mənası dərk edilən obyektlər və hadisələri inkişafda, müxtəlif faktorların təsiri ilə dəyişmədə, digər obyektlər və hadisələrlə qarşılıqlı əlaqədə keçirməkdən ibarətdir.

Öyrənilən hadisənin digər hadisələrlə qarşılıqlı əlaqəsini nəzərə almağı tələb edən dialektik yanaşma sistemli analizdən kənarda mümkün deyildir. Tədqiqatlarda sistemin müxtəlif anlamına əsaslanan sistemli analizin müxtəlif formalarından istifadə olunur. Sistemli analizin mahiyyəti ondan ibarətdir ki, tədqiq olunan obyekt çox komponentli sistem kimi nəzərdən keçirilir, burada əsas komponent göstərilir və onun tərkib hissələri arasındakı əlaqələr müəyyən edilir.

Son zamanlar riyaziyyat təlimi metodikasında fəaliyyətli yanaşmadan daha geniş istifadə olunur. O müxtəlif mənalarda tətbiq edilir:

1) Riyaziyyat təlimi metodikasının metodoloji əsasını tərkib hissəsi kimi;

2) Təlimin üsulü kimi;

3) Riyaziyyat təliminin məzmununa adekvat olan müxtəlif fəaliyyətlərin təlimi kimi;

4) Tədris fəaliyyəti kimi.

Fəaliyyətli yanaşmanın əsasında fəaliyyət anlayışı dayanır. İnsanın predmet ilə, tələbat və motiv ilə, məqsədlər və onların əldə edilməsi şəraiti ilə, əməlləri və əməliyyatlarla səciyyələnən fəallıq prosesi fəaliyyət adlanır. Fəaliyyətin mühüm növü tədris fəaliyyətidir. Tədris fəaliyyətində aşağıdakı komponentləri ayrırlar: 1)tədris məsələsini məktəblinin anlaması,

2)tədris əməlinin həyata keçirilməsi,

3)onların nəzarət və qiymətləndirmə əməlini yerinə yetirməsi.

Təlimdə fəaliyyətli yanaşmanın həyata keçirilməsi şagirdlərin tədris məsələləri dairəsinə cəlb edilməsini nəzərdə tutur. Tədris məsələlərinin həlli tədris əməliyyatı və nəzarət, qiymətləndirmə əməliyyatı vasitəsilə həyata keçirilir. Fəaliyyətli yanaşmanın riyaziyyat təlimi metodikasının metodologiyası kimi istifadə edilməsi öyrənilən obyektə və ya hadisəyə adekvat olan fəaliyyətin qurulmasını nəzərdə tutur. Bu mənada o, anlayışların formalaşması, isbatın təlimi metodikasının və s. işlənib hazırlanmasında tətbiq edilir. Qeyd edək ki, təlimdə heç də bütün müddəaları nəzəri əsaslandırmaq və ya onları mövcud nəzəriyyədən almaq olmaz. Belə hallarda öyrənilən təklifin doğruluğu üçün eksperimentdən istifadə olunur. Pedaqoji eksperiment fərziyyələri yoxlamaq, şagirdin bilik, bacarıq, vərdişləri və inkişafının real səviyyəsini müəyyən etmək, təklif edilən və ənənəvi istifadə olunan metodikaların nəticələrini müqayisə etmək, müxtəlif təklifləri əsaslandırmaq məqsədilə xüsusi təşkil olunmuş təlimdir. Eksperimentin bir neçə növü vardır. Müəyyənedici, yoxlayıcı, öyrədici. Fərziyyənin əsaslandırılması mərhələsində müəyyən edici, onun yoxlanılması prosesində öyrədici eksperimentdən istifadə olunur. Müəyyənedici eksperiment tədqiqat obyektinin 17 vəziyyətini aşkar etməyə və ya fərziyyəni yoxlamağa, aryı- ayrı faktları dəqiqləşdirməyə imkan verir. Öyrədici eksperiment işlənib hazırlanmış metodikanın səmərəliliyini aşkar etmək məqsədilə aparılır. Eksperimentin təşkilində müəllimin və şagirdin fəaliyyətini müşahidə onlarla söhbət, anketləşdirmə, təlimin nəticələrinin keyfiyyət və miqdar analizi kimi üsullardan istifadə olunur. Müşahidə həm müstəqil üsul kimi, həm də eksperimentin tərkib hissəsi kimi geniş tətbiq edilir. Tutaq ki, riyazi anlayışların formalaşması problemi tədqiq edilir. Hər şeydən əvvəl anlayışların formalaşması üzrə müəllimlərin işini müşahidə etmək zəruridir. Müşahidəyə bu prosesin müxtəlif tərəfləri cəlb edilə bilər: anlayışın daxil edilməsi, onun tərifinin mənimsənilməsi üzrə iş, məsələlərdən istifadə, əməllərin formalaşması və s. müşahidənin nəticələri anlayışların formalaşması üzrə müəllimin işi haqqında fikir söyləməyə imkan verir.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin