5. Riyaziyyat təlimində fərdi yanaşma prinsipi.
Təlimin müxtəlif funksiyalarının səmərəliliyi üçün müasir şagirdin yaş xüsusiyyətləri və habelə onun bütün mühüm imkanlarının nəzərə alınması çox vacibdir.
Təlim psixologiyasında şagirdlərin aşağıdakı fərdi xüsusiyyətləri aşkar edilmişdir:
a) təfəkkür prosesləri gedişinin xarakteri
b) bilik və bacarıqların səviyyəsi
c) iş qabiliyyəti (uzun müddət fəaliyyət göstərmə imkanı, bu fəaliyyətin intensivlik dərəcəsi, asanlıqla və ya çətinliklə keçməsi, diqqətin yayınması, yorğunluq dərəcəsi);
d) idrak və əməli: cəhətdən müstəqillik və fəallıq səviyyəsi;
e) irəliləməsinin sürəti (iti, orta, zəif);
f) öyrənməyə münasibəti (müsbət, laqeyd, mənfi);
g) iradəsinin inkişaf səviyyəsi
Fərdi yanaşma prinsipinin həyata keçirilməsində əsas vasitə şagirdlərlə aparılan fərdi müstəqil işlərdir. Onlar təlim prosesinin bütün mərhələlərində şagirdlərin müstəqil fəaliyyətinin təşkili və idarə olunmasında səciyyəvi didaktik vasitə kimi çıxış edirlər.
Dostları ilə paylaş: |