1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Riyaziyyat təlimində induksiya və deduksiya təlim metodu kimi



Yüklə 1,05 Mb.
səhifə39/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   35   36   37   38   39   40   41   42   ...   88
RTM KONSPEKT-1

12. Riyaziyyat təlimində induksiya və deduksiya təlim metodu kimi.


Xüsusidən ümumiyə, müşahidə və təcrübənin köməyi ilə müəyyən edilən ayrı-ayrı faktlardan ümumiləşdirməyə keçid idrakın qanunauyğunluğudur. Belə keçidin ayrılmaz məntiqi forması induksiyadır. İnduksiya xüsusidən ümumiyə mühakimə aparma, xüsusi mühakimələrdən nəticə çıxarma üsuludur. Təlim prosesində yeni biliklərin alınması üçün bu üsuldan istifadə edilməsinə induktiv təlim üsulu deyilir. İnduksiyanın iki növü vardır: tam olmayan induksiya və tam induksiya.

Deduksiya (latınca deductio-çıxarış deməkdir) geniş mənada təfəkkür forması olub məntiqi çıxarılışın müəyyən qaydaları üzrə məlum təkliklərdən yeni təklifin xalis məntiqi yolla çıxarılmasından ibarətdir, Deduktiv nəzəriyyə adlanan məntiqi çıxarılış ilk dəfə Aristotel tərəfindən işlənilmişdir. Məntiq elminin inkişafı ilə əlaqədar bu nəzəriyyə də inkişaf etmiş, təkmilləşmişdir. Riyaziyyatın tələbləri ilə əlaqədar olaraq o, riyazi məntiqdə isbat nəzəriyyəsi şəklində xüsusi inkişaf etmişdir, Deduktiv mühakimə induksiyadan və ya analogiya üzrə mühakimədən fərqli olaraq nəticənin həqiqət olması ilə fərqlənir. Tam olmayan induksiyadan və analogiyadan fərqli olaraq deduktiv mühakimədə doğru mülahizələrdən yalan nəticə almaq olmaz. Məhz buna görə riyazi isbatlarda deduktiv mühakimələrdən istifadə olunur.

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin