Riyazi anlayışların mənimsənilməsi üçün məsələlər. Məlumdur ki, anlayışlar, onların tərifləri və xassələri üzərində ciddi və məhsuldar iş apardıqda riyazi anlayışların formalaşması normal keçir.Anlayışa yiyələnmək üçün onun tərifini əzbərləmək kifayət deyildir, tərifdəki hər bir sözün mahiyyətini aydınlaşdırmaq, öyrənilən anlayışın xassələrini dəqiq bilmək zəruridir. Belə biliyə hər şeydən öncə məsələ həllində və çalışmaların yerinə yetirilməsində nail oluna bilər.
Məktəb riyaziyyat kursunda məsələlərin növləri. Məktəb riyazi təhsilində nəzəriyyənin öyrənilməsi ilə yanaşı məsələ və çalışmalar həllinin də özünəməxsus yeri vardır. Məsələ həllinin məqsədi yalnız öyrənilmiş nəzəriyyənin istehsalatda və praktikada tətbiqlərini şagirdlərə göstərmək deyil, həm də öyrənilmiş nəzəriyyənin daha dərindən dərk edilməsinə, təfəkkürün inkişafına imkan yaratmaqdır. Məsələ və çalışmaların həlli prosesində şagirdlər nəzəri materialın öyrənilməsindən daha çox müstəqillik, təşəbbüskarlıq göstərmək imkanı əldə edirlər. Bununla əlaqədar, təbiidir ki, riyaziyyatın tədrisi metodikasında da məsələ həllinin təlimi böyük yer tutur.
Məktəb riyaziyyat kursunda məsələləri aşağıdakı növlərə ayırılır: