3) yığcamlığına görə - müəyyən sahədə qruplaşdırılmış və qruplaşdırılmamışlar,
nizamlı və nizamsız olanlar;
4) daxili əlaqə formalarına görə - əlaqəli və əlaqəsiz (dağılmış);
5) yaranma xüsusiyyətlərinə görə - spontan, kortəbii olaraq yarananlar (“təbii”)
və xüsusi təşkil olunmuş (“süni”);
6) homogenliyinə görə - sosial eyninövlü və eyninövlü olmayanlar.
Lakin bu yalnız nəzəri olaraq bölünmüşdür. V.İ.Lenin XX əsrin əvvəllərindəki Rusiya
reallığından çıxış edərək, böhran dövrlərdə hakimiyyət uğrunda aparılan siyasi
mübarizəyə görə kütlənin xüsusi növ və variantlarını ayırd etmişdir. O birinci,
konservativ, mürtəce, qeyri-üsyankar kütləyə zidd olan proqressiv və ya inqilabçı
kütləni, həmçinin neytral kütləni ayırd etmişdir. İkincisi, onun əsərlərində aktiv,
hərəkətli, mübarizə aparan və passiv, hərəkətsiz, “yuxulu”, gözləyən kütlə
haqqında danışılır. Üçüncüsü, həmrəy, intizamlı, müstəqil kütlə və dağınıq, qeyri-
mütəşəkkil, anarxist kütlə ayırd edilir. Nəhayət, dördüncü, cəsarətli və cəsarətsiz
olan ekstremist və qorxaq kütlə ayırd edilir.
Konkret müşahidə və tədqiqatlar “kütlənin” praktikada rast gəlinən üç əsas
konkret variantını ayırmağa imkan verir. Bunlar, izdiham, “toplaşmış tamaşaçılar”
və “toplaşmamış tamaşaçılar”dır.
Izdiham. X.Orteqa-i-Qassetin yazdığı kimi “izdiham – görünən və kəmiyyəti olan
anlayışdır. Onu sosioloji terminlərlə ifadə etməklə, biz sosial kütlə anlayışı fikrinə
gəlirik ”.
“Toplaşmış tamaşaçılar” oxşar təəssüratlar keçirən və ya eyni predmetlə
maraqlanan (teatr tamaşaçılarından siyasi mitinq iştirakçlarına qədər) müəyyən
sayda insanlar toplusudur. Bu tamaşaçıların birləşməsinin əsasını - eyni stimulların
(film, teatr tamaşası, mühazirə və ya müzakirə) təsiri altında yaranan hərəkətlərə
yönəlmə, istiqamətlənmə və hazırlığın oxşarlığı təşkil edir.
“Toplaşmamış tamaşaçılar”a siyasi reklamın təsiri altında yaranan elektral kütlələr
və ya müasir musiqi kumirlərinin pərəstişkarları aiddir.
Dostları ilə paylaş: