1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə18/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   14   15   16   17   18   19   20   21   ...   36
psixologiya

23. Kütlə Nəzəriyyələri
Toplaşma", "yığışma", "topluluq" mənalarına gələn kütlə anlayışı ən sadə mənası ilə peşəsindən, 
vəzifəsindən, cinsindən asılı olmayan insan yığınını ifadə edir. Bir çox insanın təsadüfən bir yerə 
toplanması kütlə demək deyildir. 
Kütlə halına gəlmək üçün bəzi qıcıqlandırıcı təsirlər lazımdır. Bu təsirlər hadisə, sosial problem, 
söz, lider və sair ola bilər. Bu vəziyətdə isə artıq fərd anlayışı ortadan qalxır, hamının fikirləri və 
hissləri bir tərəfə yönəlir, müvəqqəti, ancaq çox güclü təsirə malik kollektiv şüur yaranır. 
“Kütləvi cəmiyyət” nəzəriyyələrinə xeyli sayda sosioloji, sosial-fəlsəfi, sosial-psixoloji, fəlsəfi-
tarixi və həmçinin kulturoloji konsepsiyalar daxildir. Onlar müasir cəmiyyətdəki sosial və şəxsi 
münasibətləri tarixdə kütlənin rolunun artması nöqteyi-nəzərindən izah və təsvir edirlər. Lakin 
bu prosesi daha çox neqativ, “cəmiyyətin patologiyası” kimi nəzərdən keçirirlər. XİX əsrin 
sonunda kütlənin birinci nəzəriyyəçisi Q.Lebon olmuşdur.Onun üçün əsas model psixoloji 
fenomen kimi baxdığı sosial vəziyyətindən,milliyətindən, ixtisasından asılı olmayaraq yaranan 
kütlə idi.Şüurlu şəxsiyyət yox olur, kütlə adlandırılan bütövü təşkil edən ayrı-ayrı vahidlərin 
hisləri və ideyaları eyni istiqamət alır.Özünə məxsus xüsusiyyətləri olan kollektiv ruh yaranır. Bir-
birindən ayrılmış minlərlə fərd müəyyən anlarda eyni vaxtda bəzi güclü hisslərin yaxud hansısa 
böyük milli hadisənin təsiri altına düsə bilər və ruhlanmış kütləyə çevrilə bilər.Bütöv bir xalq 
müəyyən təsirlər altında kütləyə cevirilə bilər.Elə ideyalar və hisslər var ki onlar ancaq kütləni 
təskil edən fərdlərdə yaranır.Fərd kütlədə qarsıalınmaz qüvvə şüur əldə edir və bu şüur ona tək 
olarkən heç vaxt yol vermədiyi instinktlərə qapılmağa şərait yaradır.Ayrica fərdləri cəkindirən 
məsuliyyət hissi kütlənin icində tamamilə yox olur.Şüurlu səxsiyyətin yoxa çıxması şüursuzlugun 
üstünlük kəsb etməsi,hiss və fikirlərin təlqinin təsiri altında eyni istiqamətə yönəlməsi kutlə 
içərisində fərdi xarakterizə edən başlıca əlamətdir.O öz iradəsi olmayan avtomata çevrilir.İnsan 
mütəşəkkil kütlənin bir hissəsinə cevrilərək sivilizasiya pilləsindən bir nece pillə aşağı enir.O 
təcrid olunmuş vəziyyətdə mədəni insan ola bildiyi halda kütlə içərisində instiktiv məxluqa 
çevrilir. 
“Kütləvi cəmiyyət” nəzəriyyələrində F.Nitshenin əsərləri öndə gedir. O bildirir ki, müəyyən 
zamandan sonra cəmiyyətdə başlıca rolu adi şəxslərdən ibarət kütlələr oynayır.Bu daha çox 
X.Orteqi-i-Qassetanın əsərlərində tam olaraq əksini tapır.Mədəniyyət və incəsənətə dair 
çoxsaylı əsərlərin müəllifi olan Orteqa-i-Qasset 1930-cu ildə yazdığı “Kutlələrin üsyanı” əsəri ilə 
dunya şöhrəti qazanmışdır. Bu konsepsiyanın məzmunu kifayət qədər sadədir. “Nankor kütlə” 
elitanın ardınca getməkdənsə “hakimiyyətə qəzəblənirlər”, lakin özləri qətiyyən idarə etmək 
qabiliyyətinə malik deyillər. Onlar elitanı öz ənənəvi sferasından – siyasət və mədəniyyətdən, 
çıxarmağa çalışırlar. X.Orteqi-i-Qasseta hesab edir ki, XX əsrin bütün sosial-siyasi 
kataklizmlərinin (kəskin çevriliş) başlıca səbəbi bu olmuşdur. 
E.Şilz hesab edir ki, kütləvi kommunikasiyalar nəticəsində bu kütlə elita tərəfindən yaradılmış 
norma və dəyərləri mənimsəyir və cəmiyyət sosial antaqonizmin aradan qaldırılması yolunda 
irəliləyir. Oxşar ideyaları inkişaf etdirən alman politoloqu Q.Şişkov müəyyən etmişdir: kütlə 
həmişə mövcud olmuşdur, lakin indi bütün cəmiyyət “kütləvi” olmuşdur, əgər əvvəl kütlə 
cəmiyyətin fraqmenti kimi çıxış edirdisə, XX əsrdə cəmiyyət kütlə kimi çıxış edir. Lakin bu evristik 
hesab edilmir. Mövcud konsepsiyalar kəskin tənqidə məruz qalmışlar. Bundan sonra “kütləvi 
cəmiyyət” nəzəriyyələri süqut etmişdir. Buna əsaslı səhvlər səbəb olmuşdur. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin