2) Ekspressiv izdiham, birgə sevinc və kədər, nifrət və etiraz hissi keçirən insanlar birliyidir. Bu
nə isə emosional olaraq yaşayan insanların izdihamıdlr.
Buna misal olaraq, tabut dalınca gedən
qüssəli insanları göstərmək olar. Və ya, əksinə bu günəş tutulmasının sona çatmasına sevinən
insan izdihamı ola bilər. Bizim misalımızda yol-nəqliyyat hadisəsi zamanı yığışan təsadüfi
izdihamı, ekspressiv izdihamına çevrilə bilər (küçə hərəkətinin çox pis təşkil olunması və yol
polisinin bacarıqsız işi ilə bağlı narazılıqlarını bildirməklə). Belə izdihamı öz maraqlarını
təmin
etmək və hadisənin detallarını müzakirə etməklə tez bir zamanda emosiyalarını əksinə ifadə
edəcəkləri obyekti yarada bilirlər.
3) Şərti izdihamı “toplaşmiş tamaşaçılarla” çox oxşardır. Adətən belə izdihamı əvvəlcədən elan
edilmiş hadisə ilə bağlı – siyasi mitinq və s. – yığışır. Bu halda insanları müəyyən konkret maraq
birləşdirir və belə situasiyalarda onlar qəbul edilən normalara müəyyən vaxta
qədər əməl
etməyə hazırdırlar. Bu məsələn, futbol matçının tamaşaçıları ola bilər.
Zahirən belə izdihamda
şərtiliyin bütün əlamətləri olur: biletlər, bir tərəfə çəkilmə, müvafiq çəpər. Daxilən aydındır ki,
futbol matçının tamaşaçıları - konservatoriyaya gələn adamlar deyil. Belə izdiham müəyyən
zamana qədər, polis azarkeşlərin metro stansiyasına girişini məhdudlaşdıra bilənə qədər şərti
olaraq qalır.
4) Fəaliyyət göstərən izdiham, siyasi münasibətlər zamanı daha mühüm və diqqətlə tədqiq
edilən hesab edilir. Fəaliyyət göstərən izdiham dörd əsas yarımnövə bölünür.
Aqressiv izdiham – kin və qəzəblə irəliləyən, məhv etməyə, dağıtmağa, öldürməyə cəhd edən
insanlar çoxluğu.
Panik izdiham – qorxu hissinə malik olan, real və ya təsəvvür edilən təhlükədən qaçmağa cəhd
edən insanlar birliyi.
Tamahkar izdiham – müəyyən sərvətlər əldə etmək və ya bəzi sərvətləri özlərinə qaytarmaq
arzusu ilə birləşən insanlar toplusu.
Qiyamçı və ya üsyançı izdiham - bu ad izdihamnin hərəkətlərinin nəticəsindən asılıdır.
Uğur əldə
etdiyi halda izdiham, sadəcə olaraq “üsyankar” deyil, “inqilabi” olur.
Məğlub olduğu halda isə
hətta “qiyamçı izdiham” statusunu da itirib, sadəcə olaraq “təsadüfi tör-töküntü”yə çevrilir.
Dostları ilə paylaş: